14 C
Baku
Saturday, April 27, 2024

“Bitcoin cash” 1 sutkaya populyarlaşdı

Yeni istifadəyə verilmiş “bitcoin cash” kriptovalyutası 1 sutkadan az müddətdə bazar dəyərinə görə bu sahədə 3-cü sıraya yüksəlib.

Avqustun 2-də bu kriptovalyutanın bazar dəyəri 7,732 milyard dollar təşkil edib. “bitcoin cash” dəmir pulunun qiyməti 469,16 dollar olub.

Bu sahədə ilk sırada “ənənəvi” bitkoindir və onun bazar dəyəri 44,6 milyard dollar təşkil edir. İkinci yeri 21 milyardlıq dəyəri ilə “ethereum” tutur. Son günlərə qədər 3-cü sırada olan “ripple” 6,7 milyardlıq dəyəri ilə 4-cü sıraya geriləyib.

Qeyd edək ki, “bitcoin cash” avqustun 1-də “bitcoin”dən ayrılıb.

MənbəLent.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər