12 C
Baku
Thursday, March 28, 2024

Bitcoin cash kapitalizasiya səviyyəsinə görə üçüncü kriptovalyuta oldu

Bitcoin cash kriptovalyutasının kapitalizasiyası bir sutka ərzində 9,7 milyard dolları üstələyib.

Bununla da, rəqəmsal valyuta kriptovalyutalar sırasında kapitalizasiya səviyyəsinə görə üçüncü pillədə qərarlaşıb.

Kapitalizasiya səviyyəsinə görə ilk pillədə Bitcoin (44,3 milyard dollar), ikinci pillədə isə Ethereum (20,7 milyard dollar) yer alıb.

Qeyd edək ki, Bitcoin kriptovalyutasının yaradıcıları dünən yeni iş protokolunu işə salıblar. Nəticədə Bitcoin rəqəmsal valyutası köhnə və yeni olmaqla iki versiyaya bölündü.

İki versiyaya ayrılma fonunda Bitcoin valyutasının məzənnəsi 1 avqustda 2900 dollara çatdı, lakin bir neçə saatdan sonra 2680 dollara endi.

Son xəbərlər
Digər xəbərlər