Bitcoin-dən desentralizə olunmuş internetə doğru

Kriptovalyutaların inkişafı desentralizə olunmuş internetin yaradılmasına gətirib çıxara bilər. Bu isə hazırda rəqəmsal aləmdə sərhədsiz hakimiyyətə malik olan nəhəng texnoloji şirkətlərin təsirinin itirilməsinə səbəb olacaq.

İnternet sahibi olan böyük mərkəzləşdirilmiş xidmətlər sayəsində işləyir. Sözügedən bu sahiblərə isə bulud provayderlər, axtarış sistemləri və sosial şəbəkələr aiddir. Nəticədə bir çox internet-nəhənglər öz internet sahəsində dominantlıq edir.

Desentralizə olunmuş internet məsələni kökündən dəyişə bilər. Belə ki, mahiyyət etibarilə qeyd edilən bütün dominantların fəaliyyəti adi istifadəçilərə ötürüləcək. Bununla da, internet üzərindəki bütün xidmətlər çox sayda istifadəçinin kompüterləri tərəfindən təmin ediləcək.

Banker.az xəbər verir ki, ABŞ-da General Catalyst vençur şirkətinin icraçı direktoru Hemant Taneja-nın sözlərinə görə, kriptosənayeyə təsir edən pullar (Bitcoin kimi) desentralizə olunmuş internetin inkişafı üçün resurslar cəlb etməyə kömək edir.

Taneja belə hesab edir ki, desentralizə olunmuş internetin yaradılması bütün kriptocəmiyyətin qarşısında duran əsas tapşırıqdır.

Əlbəttə, demək olar ki, bütün ekspertlər bununla razıdırlar, lakin cari mərhələdə kriptodünya və əlaqədar sənaye belə bir sıçrayışa hələ hazır deyil. Bununla yanaşı, Bitcoin və digər kriptovalyutaların inamlı artımı desentralizə olunmuş internetin inkişafına vəsait cəlb etməyə kömək edir.

Union Square Ventures şirkətinin digər vençur kapitalisti Albert Venger mahiyyət etibarilə daha öncəki ekspertin sözlərini təkrarlayıb və desentralizə olunmuş internetin yaradılması arzusunu tamamilə təsdiq edin. Lakin o qeyd edib ki, onun fikrincə, internet-nəhənglərin təsirinin azaldılmasına hələ çox var.

📝 RƏY BİLDİR