12 C
Baku
Friday, March 29, 2024

Bitcoin – dünya böhranı üçün potensial səbəb

Kriptovalyutalar maliyyə sistemi üçün sistemli risk xarakteri aldğı təqdirdə növbəti maliyyə böhranına səbəb ola bilər.

Banker.az xəbər verir ki, bunu Cambridge universitetinin iqtisadi tarixçisi Garrik Hileman qeyd edib.
Onun sözlərinə görə, maliyyə təşkilatları bitcoin və ethereum kimi kriptovalyutalara daha çox maraq duymağa başlayıb. Lakin sürətli dəyişikliklər halında “sistemli əhəmiyyət” daşımağa başlayan kriptovalyutalar “sistemli risk” daşıyan rəqəmsal valyutalara çevrilə bilər.

Bitcoin rəqəmsal valyutası bu il ərzində inanılmaz qiymət artımına imza atdı. Bu da öz növbəsində investorlar və maliyyə rəhbərlərinin kriptovalyutalara qarşı marağının artmasına səbəb oldu. Aİ və Böyük Britaniya rəhbərlikləri bitcoinlə mübarizə aparmağı planlaşdırır. Buna səbəb isə maliyyə cinayətlərinin həyata keçirilməsi və çirkli pulların yuyulmasında kriptovalyutalardan istifadə halları ilə bağlı problemlərin artmasıdır.

Hilemanın sözlərinə görə, vacib problemlərdən biri kriptovalyutaların dəyəri ilə bağlı həqiqi, etibarlı məlumatın olmamasıdır.

Son xəbərlər
Digər xəbərlər