Bitcoin dünya tarixində 3-cü ən nəhəng maliyyə köpüyü adlandırıldı

Banker.az xəbər verir ki, bazarın araşdırılması üzrə ixtisaslaşmış Birinyi Associates şirkəti bitcoinomaniyanın miqyaslarını bütün tarix boyu mövcud olmuş maliyyə köpükləri halları ilə müqayisə edib.

Belə məlum olub ki, hazırda populyar olan kriptovalyuta öz ölçülərinə görə Nasdaq və Qualcomm-u geridə qoyub.

Birinyi Associate analitikləri dünya tarixinin 10 ən böyük maliyyə köpüklərinin qrafikini təşkil edib. Ekspertlərin sözlərinə görə, neft, Dow Jones, Nasdaq, gümüş və yapon maliyyə köpüyü artıq Bitcoin valyutasından geri qalırlar.

Birinyi Associates rəhbəri Laslo Birinyi Bitcoin kriptovalyutasının köpük vəziyyətində olduğunu hesab edir və buna görə şirkət rəhbəri kriptovalyutaya yatırım etməyi məsləhət görmür.
Qeyd edək ki, Bitcoin köpüyünün miqyasları barədə Bloomberg agentliyi də yazmışdı.