24 C
Baku
Thursday, April 18, 2024

Bitcoin maynerlərinə tezliklə bütün planetin enerjisi lazım gələcək

Bitcoin rəqəmsal valyutasının maynerləri tərəfindən elektrik enerjisinin istifadəsi sürətli templərlə artır. Banker.az xəbər verir ki, Power Compare platformasının məlumatlarına əsasən, tək keçən ay ərzində bu göstərici 29,98% artıb.

Ekspertlərin fikrincə, elektrik enerjisindən istifadə bu cür templərlə artmağa davam etsə, 2020-ci ilin fevralında Bitcoin maynerləri bütün dünyəvi elektrik enerjisini istifadə edəcəklər.

Artıq indi dünyada ən bahalı kriptovalyuta sahiblərinin ümumi “iştahaları” 159 ölkənin (təbii ki, hamısının birlikdə deyil, ayrı-ayrı ölkələrin) enerji istifadəsini üstələyir. Bu ölkələr sırasında Pribaltika respublikaları, İrlandiya, Balkan ölkələri, Gürcstan, İslandiya və s. var.

Son məlumatlara görə, Bitcoin əldə edilməsi üçün illik sərf edilən elektrik enerjisi 29,05 teravatt-saat olaraq qiymətləndirilib.

Son xəbərlər
Digər xəbərlər