14 C
Baku
Thursday, March 28, 2024

Bitcoin nədir?

Bitcoin – rəqəmsal kriptovalyuta və eyniadlı elektron ödəniş şəbəkəsidir. Bitcoinin əldə edilməsi prosesi “mayninq” adlanır. Ehtiyatı şəxsi kompüteriniz vasitəsilə də yarada bilərsiniz. Bunun üçün sadəcə ödənişsiz olaraq müştəri proqramını yükləmək lazımdır. Bitcoinlərin əldə edilməsi alqoritmi elə formada layihələndirilmişdir ki, “qəpiklərin” ümumi miqdarı 21 milyon vahiddən artıq ola bilməz. Buradan belə bir nəticə alınır ki, bitcoin ehtiyatları da qızıl kimi tükənəndir və bu da öz xüsusiyyətinə görə dövlətlərin milli valyutalarından fərqlənir. Çünki milli valyutalar istənilən miqdarda buraxıla bilər. Alqoritm daimi olaraq buraxılan bitcoinlərin sayını azaldır. Ümumi mənada yeni bitcoinlərin əldə edilməsi prosesi təxmini olaraq 2140-cı ildə baş tutacaq.

Bitcoinin digər valyutalardan digər bir fərqi isə onun vahid emissiya mərkəzinin olmamasındadır. Bu halda emissiya elan edilmiş qrafik üzrə aparılır.

Son il ərzində bitcoinlərin dəyəri bir neçə on dollardan bir neçə yüz dollar arasında dəyişib. 2013-cü ilin aprelində isə qiymətlərin ən pik nöqtəsi yaşandı və bir bitcoin qəpiyinin dəyəri 260 dollar idi. Lakin doğrudur, tezliklə qiymətlər endi və qəpiklərin çapa verilmə anında dəyəri təxminən 120 dollar idi. Bitcoinlərin rahat şəkildə əldə edilməsi istifadəçinin istifadə etdiyi kompüterin gücündən asılıdır. Adi fərdi kompüter vasitəsi ilə hər 10 dəqiqədə 50 bitcoin əldə etmək mümkündür.

Bitcoinin tarixi 2008-ci ildən başlayır. Bu zaman Satosi Nakamoto ləqəbli bir şəxs şəbəkənin iş prinsipi və protokolun təsvirini əks etdirən bir faylı nəşr etmişdi.

Nakamotonu canlı olaraq heç kim görməyib. Bəlkə də bu ləqəb arxasında bir şəxs və yaxud real ixtiraçılardan ibarət böyük bir qrup gizlənir.

Son il bitcoin ətrafında baş verən hadisələrlə zəngin oldu. Onun dəyərinin yüksək sürətlə qalxması Kipr böhranına cavab oldu. Artıq bitcoinlərin əldə edilməsi üçün xüsusi cihazlar buraxılıb və sırf bitcoin bazarı ilə məşğul olacaq start-uplar hazırlanıb. Bundan əlavə, valyuta əməliyyatları ilə məşğul olacaq bir neçə birja və mübadilə məntəqələri yaradılıb.

Bitcoinlə bağlı pis xəbərlər də var. Belə ki, ABŞ-ın Milli Təhlükəsizlik Departamenti Dwolla ödəniş sistemində bitcoinlərdən istifadə edilməsinə qadağa qoyub. ABŞ valyutanı çirkli pulların yuyulmasında istifadə edildiyi ilə bağlı günahlandırır.

Hazırda isə dünyada təxminən 25 milyon manat həcmində bitcoin əldə edilib. Valyuta onu yararlı hesab edən və etməyənlər arasında böyük mübahisələrə səbəb olur.

Son xəbərlər
Digər xəbərlər