8 C
Baku
Friday, March 29, 2024

Bitcoin qarşılığında ölkə vətəndaşlığı satılır

Banker.az xəbər verir ki, Sakit okeanının cənub-qərb hissəsində yerləşən Vanuatu ada dövləti vətəndaşlığın əldə edilməsi proqramı üzrə ödənişlər zamanı ödəniş qismində Bitcoin rəqəmsal valyutasını qəbul edir.

Bu dövlətin pasportunu əldə etmək üçün 200 min dollar yatırım etmək lazım gələcək. Coinmarketcap məlumatına görə, cari məzənnə ilə Vanuatu vətəndaşlığını 41,2 BTC (1 BTC = $4853,86) ilə əldə etmək olar.

Bu tarixdə vətəndaşlığın əldə edilməsi proqramı üzrə kriptovalyuta ilə ödəniş etməyə rəsmən icazə verildiyi ilk haldır.

Maraqlıdır ki, ada dövlətdə ölkə vətəndaşlarına Böyük Britaniya, Avropa İttifaqı ölkələri də daxil olmaqla 113 ölkəyə rahatlıqla səfər etməyə imkan verən visasız rejim mövcuddur.

Son xəbərlər
Digər xəbərlər