18 C
Baku
Tuesday, April 23, 2024

Bitcoin və Ethereum maliyyə böhranından xilas edir

Banker.az xəbər verir ki, Venezuelada geniş miqyaslı maliyyə böhranı fonunda əhali arasında kriptovalyutalar, xüsusən də Ethereum və Bitcoin populyarlıq qazanıb.

Ölkə aprel ayında elan etmişdi ki, 2016-cı ildə inflyasiya səviyyəsi 274%-ə çatıb. Lakin iqtisadçılar iddia edirlər ki, əslində Venezuela bolivarı rekord göstərici hesab olunan 800% dəyərsizləşib.

Venezuelalılar “həyatda qalmaq” üçün kriptovalyuta əldə etməyə başlayıblar. Bir çoxları Bitcoin mayninqi ilə məşğul olur və əldə etdikləri vəsaitlərlə qida almaq üçün online olaraq kriptovalyuta satırlar.

Ölkə rəhbərliyi kriptovalyuta mayninqini qanunsuz elan etsə də, maynerlər nəinki Bitcoin, həmçinin Ethereum, Zcash və digər rəqəmsal valyutaları da almağa davam edirlər.

Venezuelada kriptovalyuta maynerlərinin kütləvi həbsindən sonra repressiyalar hazırda azalıb. İndi, maynerlərin məsuliyyətdən yayınması üçün polisə gizli olaraq rüşvət verməsi kifayət edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər