13 C
Baku
Friday, April 26, 2024

Bitcoin və yaxud “meymun biznesi”nin sadə izahı

Bir dəfə kəndə biznesmen gəlir və kəndlilərdən 10 dollara meymun alacağını bildirir. Ətrafdakı cəngəllikdə nə qədər çox meymun yaşadığını görən kənd camaatı bütün işlərini ataraq meymun tutmağa başlayır.

Biznesmen kəndlilərdən 10 dollara min meymun alır. Lakin tezliklə meymunların sayı azalır və onları tutmaq bir qədər çətinləşir. Belə olduqda, biznesmen tutulan hər meymuna görə mükafatı 20 dollara qədər yüksəldir. İnsanlar yenidən meymun ovuna başlayır.

Tezliklə kənddə məhsuldarlıq enməyə başlayır və kənd camaatı yavaş-yavaş öz işinin başına dönməyə başlayır. Bunu görən biznesmen qiyməti 50 dollara qədər artırır. Lakin o işi səbəbindən şəhərə qayıtmalı olur və öz yerinə köməkçisini təyin edir.

Köməkçi kəndin bütün əhalisini toplayır və onlara müqavilə təklif edir: Artıq tutduğunuz minlərlə meymunun olduğu qəfəslərə baxın. Onları sizə 35 dollardan sata bilərəm. Biznesmen qayıtdıqda isə bir meymunu ona 50 dollara sata bilərsiniz! Kənd camaatı düşünür, hesablayır, sonra isə bütün əmanətlərini toplayır, borc alır və bütün meymunları 700 milyard dollar qarşılığında geri alırlar.

Bunun ardınca isə bir daha nə biznesmeni, nə də onun köməkçisini görmürlər. Əvəzində isə onlara iri miqdarda borc və lazımsız meymunlar qalır. Bitcoin haqqında bilməli olduğunuz yeganə şey budur…

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər