“Bitcoin”, “Ethereum”, “Bitcoin Cash”, “Ripple”, “Litecoin” və başqaları. Onları “kriptovalyuta” adlandırırlar. Lakin bu rəqəmsal vahidləri valyuta, pul adlandırmaq çox tezdir.

Hərçənd “Bitcoin” və digər kriptovalyutalar kommersiya əməliyyatlarının həyata keçirilməsində istifadə olunsa da, onların pul olmasına hələ çox var. Pul hamı tərəfindən qəbul edilmiş mübadilə vasitəsidir. Ancaq olmayan bir şey meydana çıxa bilər. Beləliklə, sual belə qoyulur: hansı şəraitdə kriptovalyuta “əsl” pul, hamının qəbul etdiyi mübadilə vasitəsi ola bilər?

Bu suallara cavab tapmaq üçün pul tədavül nəzəriyyəsinin müddəalarına müraciət etmək lazım gələcək. Bu zaman meydana çıxan ilk sual belədir: qeyri-maddi, virtual valyuta ümumiyyətlə öz üzərinə pul funksiyasını götürə bilərmi?

Pul hansı keyfiyyətlərə malik olmalıdır?

Pul kimi istifadə olunan dəyər bəzi “fiziki” xüsusiyyətlərə malik olmaldır. Buraya adətən aşağıdakılar aid edilir: dəyər kiçik, həmcins (yəni eyni növ və keyfiyyətə malik), möhkəm, asan daşınıla bilən, bölünən olmalıdır, həmçinin vahid ölçüyə görə yüksək dəyərə malik olmalı və hər yerdə tanınmalıdır. Keçmişdə pulun funksiyası uğrunda rəqabət mübarizəsində birinci yeri ilk növbədə qiymətli metallar (qızıl və gümüş) tuturdu. Çünki onlar qeyd olunan “yaxşı pul” fiziki tələblərinə daha yaxşı cavab verirdilər.

Dünyada getdikcə artan rəqəmsallaşma fonunda “Bitcoin” və başqaları kimi qeyri-maddi vahidlər yuxarıdakı tələblərə cavab verirsə, pula “təbii” namizəd ola bilər. Məsələ ondadır ki, bu cür dəyər pul kimi tanınmaq üçün həqiqətən (qızıl və ya gümüş kimi) fiziki mövcud olmalıdırmı? “Fiat-Geld”-in bugünkü sistemində pul qeyri-maddidir. İnsanların hər gün həvəslə istifadə etdiyi pulların böyük hissəsi maddi dəyərə çevrilə bilməyən nağdsız ödəniş vasitəsidir (yəni kompyuterin sərt diskində bit və baytlardan ibarətdir). Buna görə ehtimal etmək olar ki, fiziki mövcud olmayan kriptovalyuta pul kimi tanına bilər.

Böyük nəzəri maneə

Lakin pul tədavülü nəzəriyyəsində reqressiya nəzəriyyəsi yer alıb. Qısaca bu nəzəriyyədə deyilir ki,

(1) pul dövlətin iştirakı olmadan məhz azad bazarda öz-özünə yaranmalıdır

(2) maddi dəyərindən və ya qeyri-pul faydasına görə tanınan dəyərindən yaranmalıdır

Reqressiya nəzəriyyəsi “Bitcoin” və digər kriptovalyutaların pul vahidi ola bilmə fərziyyəsi ilə necə uzlaşacaq?

Müddəa 1-ə: Kriptovalyutaların “azad bazar fenomenləri” olması ilə bağlı heç bir şübhə yoxdur. Məsələn, “Bitcoin” özəl təşəbbüs nəticəsində rəqəmsal vahid kimi yaradılıb. Yaradıcısı Satosi Nikamoto  (Satoshi Nakamoto) təxəllüslü şəxsdir. Həmçinin “təbii” tələb də yaranıb: “bitcoin”-ə sahib olub, onunla ödəniş etmək istəyənlərin sayı getdikcə çoxalır. Və bunda da dövlət iştirak etmir.

Müddəa 2-ə:  Reqressiya nəzəriyyəsində deyilir ki, dəyər pul olmamışdan öncə qeyri-pul bazar dəyərinə, qeyri-pul mübadilə ekvivalentinə malik olmalıdır. Məsələn, pul kimi istifadə edilməmişdən çox əvvəl qızıla böyük tələb var idi və o, kilsədə və ya bəzək əşyalarının hazırlanmasında yüksək qiymətləndirilirdi. Beləliklə, qızıl pul kimi istifadə edilmədən öncə qeyri-pul dəyərinə malik olub.

“Bitcoin” bu nəzəriyyəyə uyğun gəlir

Kriptovalyutalar reqressiya nəzəriyyəsinə uyğun gəlirmi? Müxtəlif fikirlər var. Onlardan ikisi haqda qısaca danışaq.

(а) Reqressiya nəzəriyyəsi pulun meydana çıxmasını təbii mübadilə iqtisadiyyatı (barter) ilə izah edir. Amma “bitcoin”-in meydana çıxması fəaliyyət göstərən pul iqtisadiyyatı zamanı baş verib. Bu baxımdan, demək olar ki, “bitcoin”-in birinci bazar qiymətlərinin yaradılması zamanı mövcud pulların (dollar və ya avro) alıcılıq qabiliyyəti onun üzərinə köçürülüb. Beləliklə, reqressiya nəzəriyyəsi əhəmiyyətli dərəcədə təsdiqlənir.

(b) Görünür, bazar iştirakçıları əvvəlcədən “bitcoin”-i mübadilə vasitəsi kimi istifadə etməməmmişdən öncə qeyri-pul dəyəri kimi (məsələn, yeni olduğu üçün onu maraqlı hesab edib, onu əldə etmək üçün vəsait sərf etsəydilər) nəzərdən keçirsəydi, bu reqressiya nəzəriyyəsinə uyğun gələrdi. Və məhz bunun baş verməsi tamamilə mümkündür (hərçəndə dərhal “sübut olunmasa da”).

Lakin yekunda həlledici aspekt ondan ibarətdir ki, reqressiya nəzəriyyəsi pulun yaranması üçün qaçılmaz məntiqi şərtdir (mütəxəssislər, həmçinin aprior və ya prakseoloji şərtdən də danışır):

“Bitcoin” pul olursa, onda o, reqressiya nəzəriyyəsinə uyğun gəlməldir. Başqa sözlə desək, dəyər nə vaxtsa pul kimi tətbiq olunsa, onda onun pul dəyəri reqressiya nəzəriyyəsinə uyğun olmalıdır (Reqressiya nəzəriyyəsinin doğruluğu müşahidə olunan hadisələrlə təsdiq və ya inkar oluna bilməz).

Qısacası: nəzəri mülahizələr göstərir ki, heç nə kriptovalyutanın pula çevrilməsinə mane olmur. Mümkün olduğu qədər, rəqabət “bitcoin”-in hazırkı fudisiar pulla mübarizədə qalib gəlib gəlməyəcəyini həll edəcək.  Nəticədə hər şey rəqəmsal pulun fusidiar puldan daha çox üstün tutulmasından asılı olacaq. Pul tədavülü nəzəriyyəsi baxımından, “bitcoin” və digər kriptovalyutaların hamı tərəfindən qəbul edilən mübadilə vasitəsi kimi pul səviyyəsinə qalxmasını təsdiq etmək üçün heç bir əsas yoxdur.


©Xpressa.net, Focus.de