26 C
Baku
Friday, April 19, 2024

“Bitcoin”in qiyməti 8 min dollardan da aşağı düşüb

Sosial xəbər portalı olan “Reddit” bəyan edib ki, bundan sonra bitkoinlə ödəniş qəbul etməyəcək.

Bu açıqlama kriptovalyutanın qiymətinin 7 900 ABŞ dollarına düşməsinə səbəb olub.

Bitkoinlə yanaşı, digər kriptovalyutar da ucuzlaşıb və nəticədə bu bazarın kapitallaşması 290 mlrd. dollara düşüb.

Xatırladaq ki, kriptovalyuta bazarında kapitallaşmanın ən yüksək həddi bu il yanvarın 8-də (830 mlrd. dollar), ən aşağı həddi isə bu il martın 18-də (277 mlrd. dollar) qeydə alınıb. Hazırda sözügedən göstərici rekord həddən 65% və yaxud 540 mlrd. dollar azdır.

“Report”un analitik qrupu hesab edir ki, bazarın kapitallaşmasının azalması satışları sürətləndirə və kapitallaşma göstəricisini 250 mlrd. dollara endirə bilər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər