26 C
Baku
Friday, April 19, 2024

“Bitcoin”nin $52 milyardlıq kapitalı yoxa çıxdı, kəskin eniş davam edir

Dünya rəqəmsal birjalarında kriptovalyutaların qiymətləri adəti üzrə fərqli istiqamətlərə dəyişir.

Banker.az Coinmarketcap-a (Bakı vaxtı ilə saat 09:40) istinadən xəbər verir ki, ötən bazar günü 20 min dollara qədər bahalaşan “Bitcoin” 3 min dollardan çox ucuzlaşaraq 16,9 dollara düşüb. Bu da 2 gün ərzində 16% ucuzlaşma deməkdir.

İki gün ərzində “Bitcoin”lə bağlı yayılan neqativ xəbərlər valyutaya marağı nəyinki azaldıb, hətta investorların bir neçəsi pulunu geri çəkməyə məcbur qalıb. Belə ki, iki gün öncə 335 milyard dollar kapitalizasiyası olduğu halda bu gün 52 milyard azalaraq 283 milyard dollara düşüb.

Əvəzində isə, “Bitcoin”dən yeni ayrılmış “Bitcoin Cash” kəskin, yəni 54% bahalaşaraq 3,382  dollara çatıb.

Kapitalizasiyasına görə ikinci olan “Ethereum” 800 dollara çatdıqdan sonra düşür.

Qeyd edək ki, FED-in son iclasında Jannet Yellen bildirmişdi ki, Bitcoin etibarsız, yüksək dərəcəli spekulyativ aktivdir və o çirkli pulların yuyulmasında istifadə oluna bilər.

“Standpoint Research” araşdırma şirkətinin təsisçisi isə “Bitcoin”in qiymətinin 300-400 min dollar civarında olacağını bildirir: “Dünyada nə qədər qızıl olduğunu bilmirəm, amma nə qədər bitkoin olacağını bilirəm. İki il ərzində dünyada 300 mln. insan bitkoin sahibi olacaq. Tələblə təklif arasında kəskin fərq qiymətlərin yüksəlməsinə səbəb olacaq”.

Son xəbərlər
Digər xəbərlər