13 C
Baku
Friday, April 26, 2024

“Bitcoin”nin dəyəri kəskin düşdü – Bu bazarda böhran yaşanacaq

“Bitcoin”in qiyməti bu gün səhər saatlarında 6 017 dollara qədər geriləyib. “Binance.com” kriptovalyuta birjasına istinadən, bu, 2017-ci ilin oktyabrın 29-dan sonra ən minimal həddir. Qeyd edək ki, kriptovalyuta bazarının kapitallaşması da 278 mlrd. dollara qədər geriləyib.

Nəticədə, bitkoin tarixi rekord səviyyəsindən 3,3 dəfə və ya 70%, kriptovalyuta bazarının kapitallaşması isə 554 mlrd. dollar və ya 66% ucuzlaşıb.

“Report”un analitik qrupu bu səviyyələrdən kriptovalyutaların bahalaşmağa başlayacağını, 277 mlrd. dollar kapitallaşma səviyyəsindən aşağı endiyi halda isə kriptovalyuta bazarında böhran yaşanacağını, təşviş başlayacağını proqnozlaşdırır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər