“Bitcon”in rəqibi dayandı, “IOTA” sürprizi isə davam edir

Dünya rəmsal birjalarında “Bitcoin” bahalaşaraq tarixi rekordunu yeniləməkdə davam edir.

Banker.az Coinmarketcap-ə Bakı vaxtı ilə 9:10-a olan göstəricilərinə istinadən, “Bitcoin” kriptovalyutası 7%-ə yaxın bahalaşaraq 12 435.80$ səviyyəsində qərarlaşıb. Hazırda rəqəmsal pulun kapitalizasiyası 208 mlrd. dollara yaxınlaşır.

“Bitcoin”nin əsas rəqiblərindən olan “Ethereum” isə fərqli aqibət yaşayır. Artıq bir həftədir ki, bu kriptovalyuta ucuzlaşmağa doğru gedir. Noyabrın 30-da  521 dollar olduğu halda 7 gün sonra son göstəricilərə görə, 450 dollara düşüb. Kapitalizasiyası hazırda isə 43,32 milyard dollardır. Halbuki, həftə öncə bu rəqəm 50 milyarda yaxın idi.

Rəqəmsal birjada ən çox bahalaşma yenə də “IOTA” kripto valyutasında hiss olunur. Belə ki, iki gün öncə 2 dollar olan bu e-pul, bu gün, 2 dəfədən çox artaraq 5 dollara yaxınlaşıb. “IOTA”nın kapitalizasiyası da 2 dəfə artaraq 12 milyard dolları ötüb.