Bitkoinin qiyməti yaxın 10 ildə 50 min dollar olacaq

Yaxın 10 ildə dünya bazarında bitkoinin qiyməti 50 min ABŞ dollarına qədər yüksələ bilər. “Rambler News Service”ə istinadən, bu proqnozu “Standpoint Research” investisiya şirkətinin qurucusu Ronni Moas (Ronnie Moas) “CNBC” telekanalına müsahibəsində verib.

Moasın sözlərinə görə, “yaxın 10 ildə 200 mln. insanın cəmi 21 mln. ədəd olan bitkoinə tələbatı təklifi xeyli üstələyəcək”.

Moas həmçinin qeyd edib ki, hazırda dünyada olan kriptovalyutaların ümumi kapitallaşmaya görə artıq “Goldman Sachs” (93,67 mlrd. dollar) kimi bankı ötüb. Əgər rəqəmsal valyutaların qiyməti bu templə artmağa davam edərsə, yaxın 5 ildə 800 mlrd. dollar kapitallaşması olan dünyanın ən bahalı şirkəti “Apple”ı da ötəcək.

Xatırladaq ki, “CoinDesk”dən verilən məlumata görə, hazırda bitkoinin kapitallaşması 93,77 mlrd. dollara yüksəlib.