4 C
Baku
Friday, March 29, 2024

Bizə icbari tibbi sığorta lazımdır?

İcbari Tibbi Sığortanın tətbiqi zamanı sığorta haqqı ən azı 250 manat olmalıdır, əks halda qanun reallaşmayacaq. Bunu Banker.az –a müsahibəsində sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı deyib.

Müzakirələr gedəndən prosesin içərisindəyəm

Müzakirələrin birinci günündən mənim fikrim bu olub ki, “ İcbari tibbi sığortaya dövlətin həyata keçirdiyi sosial kompaniya kimi baxmaq lazım deyil. Biz bunu ya mükəmməl şəkildə etməliyik, ya da etməməliyik”. İcbari tibbi sığortanın iki funksiyası var. Birinci funksiyası səhiyyə infrastrukturunun alternativ maliyyələşdirmə sistemidir.  Yəni, dövlət bu günə qədər səhiyyə müəssisələrinə birbaşa pul ödəyirdi. Bu gün isə onu sığorta vasitəsilə etməyə çalışır. İkinci funksiyası isə əhalinin sosial müdafisənini əsas növlərindən biri olmasıdır. Bu sistemin uğurla tətbiqi üçün bir neçə məsələyə diqqət etmək lazımdır. Birincisi, ölkədə səhiyyə xidmətlərinin keyfiyyəti yaxşılaşdırılmalıdır. Təbii ki, bəzi səhiyyə müəssisələrimiz normal xidmətlər təklif edirlər. Nəzərə alsaq ki, icbari tibbi sığorta bütün kənd, rayonlarda yaşayan insanlara hesablanıb bu zaman səhiyyə xidmətlərinin keyfiyyətini də yüksəltmək lazımdır. Rayon və kəndlərimizdə səhiyyənin arzuolunan səviyyədə olmadığını, problemlərin çox olduğunu yaxşı bilirik.

50 manat, 60 manat,  hətta 100 manata qədər sığorta haqqı müəyyən olunsa, bu sistem işləməyəcək

Əgər əhaliyə normal tibbi xidmət göstərmək istəyiriksə, adambaşına düşən sığorta haqqının məbləği 250 manatdan(gəldiyim qənaətə görə) az olmamalıdır. Sığorta haqqı aşağı olduğu təqdirdə ya vətəndaş normal tibbi xidmət ala bilməyəcək, ya da sığorta  müqaviləsi istisnalarla(sığorta şirkətləri bir çox xəstəlikləri qarşılamayacaq) dolu olacaq.

İcbari tibbi sığortanın tətbiqində sığota şirkətləri aktiv rol oynamayacaqlar

Bu məni narahat edən problemlərdən birirdir. İcbari tibbi sığortanın tətbiqində sığorta şirkətləri aktiv rol oynamalıdırlar. Mövcud situasiya göstərir ki, sığorta şirkətləri bu prosesdə şərti xarakter daşıyacaqlar. Dövlət pulu  icbari tibbi sığorta fonduna, fond sığorta şirkətlərinə, oda xəstəxanalara ödəyəcək. Gördüyünüz kimi bu prosesdə sığorta şirkətlərinin rolu sıfıra bərabər olacaq.

Insurance

Könüllü tibbi sığorta səhiyyə xidmətinin keyfiyyətini yaxşılaşdırıb

Ötən ilin statistik rəqəmlərinə baxdıqda aydın olur ki, könüllü tibbi sığorta sahəsində aparılan işlər səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə təsir göstərib. Səhiyyə müəssisələri sığorta şirkətlərindən müştəri istədiyi halda, sığorta şirkəti onların qarşısında tələblər( həkimlərin bu ixtisasda olmalıdır, avadanlıqların olmalıdır və s) qoyurduq. Xəstəxanalar da məcbur olurdu ki, öz xidmət və keyfiyyətlərini artırsınlar. Səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsində sığorta şirkətləri aparıcı rollardan birini oynaya bilər. Əgər icbari tibbi sığorta sahəsində sığorta şirkətləri heç bir rol oynamayacaqlarsa, müsbət nəticədən söhbət belə gedə bilməz.

Qonşularımızın səhvini təkrar edirik

Biz elə etməliyik ki, bu sistem uğurla tətbiq olunsun. Bu məsələni yüz ölçüb, bir biçməliyik.  Qonşu Rusiya da eyni səhvi etdi, cüzi miqdarda sığorta haqqı müəyyən etdi. Bu halda nə insanlar normal tibbi xidmət ala bildilər, nə də səhiyyə müəssisələri normal maliyyələşə bildilər. Beləliklə, bu gün Rusiyanın  sığorta bazarı çıxılmaz vəziyyətdə qalıb.

5-10 manat sığorta haqqı ilə işlərimiz həll olmayacaq

Hamiya məlumdur ki, Azərbaycanda adi həkim konsultasiyasının qiyməti 15-20 manat, maqnit rezenans müayinələrinin qiyməti isə 50-100 manat  arasında dəyişir. 5-10 manat sığorta haqqı ilə bu sistem işləməyəcək. Onu da əlavə edim ki, icbari tibbi sığortanın işəgötürənlərdən, vergi kimi insanların maaşından tutulmasının da əleyhinəyəm. Əgər bunu belə edəcəkdiksə, icbari tibbi sığortaya ehtiyac yox idi. Onuzda biz 22%, işə götürənlərimiz də 3%-lə sığorta ödənişi edir. Bunun məbləğini 10 % də artırmaqla məsələni həll etmiş ola bilərdik. Bu zaman da icbari tibbi sığorta fonduna da ehtiyac qalmazdı. Təəssüf ki, bu kimi məsələlər bizim müzakirələrimizdən kənarda qaldı.

Son xəbərlər
Digər xəbərlər