19 C
Baku
Thursday, April 25, 2024

Bizim bank – dünyanın ən humanist bankıdır!

2013-cü ildə işıq üzü görən yeni reklamda TDBank iddia edir ki, bank humanist olmalıdır. O nəyi nəzərdə tutur? Reklam kampaniyası çox ciddi məsələləri qaldırır. 

Reklam kampaniyası 6 seriyalı 30 saniyəlik televiziya reklam çarxlarından ibarətdir, onlar TV-də və Nyu-yorkda rəqəmsal reklam lövhələrində birbaşa olaraq yayımlanır. Eləcə də, çap üçün nəzərdə tutulmuş versiya və internet üçün banner (reklam xarakterli qrafiki təsvir) seriyası da mövcuddur.

Çarxlardan birində bankda stola bağlanmış qələm ilə mübarizə aparan insanı təsvir edirlər. Qələmə bağlanmış ip yazı yazmaq üçün çox qısadır. Reklamda maliyyə təşkilatının öz müştərilərinə olan etibarlılıq səviyyəsi nümayiş olunur. Kadr arxası səs iddia edir ki, belə olmamalıdır və TDBank banklar arasında ən humanist bankdır, çünki bu bankda qələmi elə belə götürmək olar.

{youtube}9H98rHecdxw{/youtube}

Digər çarxda alleqorik olaraq hasarlardan ibarət olan labirint formasında təsvir olunmuş şərti növbəyə düşən Stenli adlı müştəridən danışılır. Robotun səsi nəzakətlə hasarın arxasında gözləməyi xahiş edir. Səbirli müştəri göstərilmiş yerə çatanda isə robot ona bildirir ki, Stenlinin doldurmalı olduğu blanklar alleqorik növbənin sonunda yerləşir. Başqa sözlə, müştəri növbənin sonuna qayıtmağa məcbur olur.

Üçüncü çarxda, bank kiçik biznes nümayəndəsi əmanət qoymaq üçün vaxt tapdığı zaman, elə onun gözü önündəcə bağlanır. Kadr arxası səs bildirir ki, TDBank gecə yarısına kimi və hətta istirahət günləri belə işləyir ki, bu da onu ən rahat banklardan birinə, uyğun olaraq humanist banka çevirir.

{youtube}IkK9JIjTWvw{/youtube}

KİV-dəki reklamlardan başqa bank daha bir maraqlı gediş etdi: bu kredit təşkilatının satış şöbəsində LCD ekranlarda ev üslubunda çəkilmiş reklam çarxlarına baxmaq olar, bu çarxlarda müştərilər TDBank-ı nə üçün sevdiklərindən danışırlar.

{youtube}Gj-YcVCG33o{/youtube}

Bu çarxda bank bizi Viktor ilə tanış edir. O, reklam çarxında bankı havayı olan çubuqlu şirniyyatlara görə sevdiyini bildirir. Müştəri bildirir ki, bu çox maraqlı ideyadır, axı onun uşaqları onunla birlikdə banka gəlməyi sevirlər.

Reklam videosundan sonra sosial şəbəkələrlə əlaqədar əlavə marketinq gedişləri etmək planlaşdırılır.

{youtube}0ISYQNPuTOg{/youtube}

TDBank-ın baş marketoloqu Vinu Vicey bildirir ki, bank təkcə başlıca amillərə deyil, həm də xırdalıqlara fikir verir. Reklam kampaniyasının əsas şüarı olan “humanizm” hər şeydə özünü büruzə verir və müştəridən tutmuş bank işçisinə kimi hamı üçündür.

Bankın üstünlüklərinə aiddir:

  • Çubuqlu şirniyyat və qələmlər şöbələrdə sərbəst istifadə üçün nəzərdə tutulub;
  • Növbə və onu hasara alan konstruksiyaların olmaması;
  • Itlərlə gəlmək mümkündür;
  • Hətta xırda pulu pulsuz olaraq hesablamaq olar (sent-sikkələr nəzərdə tutulur);
  • Kartlar şöbələrdə birbaşa olaraq yerindəcə emissiya olunur;
  • Yağış yağanda bank əməkdaşı çətirlə sizi avtomobilinizə qədər ötürəcək. Şüarda deyildiyi kimi bank təkcə öz filiallarının divarları arasında deyil, həm də onun kənarında sizin qeydinizə qalır. Xırdalıq da olsa, xoşagələndir.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər