Bizim leksikonumuzda “gənc kadr” sözü yoxdur, “müasir düşüncəli kadr” sözü var – Nazir deyir

“Bizim leksikonumuzda “gənc kadr” sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.

“O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb. Kənd təsərrüfatı Nazirliyi sistemində kifayət qədər professional, bacarıqlı, müasir düşüncəli kadrlar var. Bu, davam edən prosesdir. Bildiyiniz kimi nazirlikdə indiyə kimi heç kim işdən azad edilməyib. Yalnız rotasiya qaydasında yerdəyişmələr olub və bu formada da davam edəcək”, – deyə İ.Kərimov əlavə edib.

📝 RƏY BİLDİR