14 C
Baku
Thursday, March 28, 2024

Biznesə 5D layihəsinə qoşulun, əmək haqqınız fərqli olsun!

AccessBank iş adamlarının nağdsız hesablaşmalarını asanlaşdıran “Biznesə 5D” kampaniyasını davam etdirir. İlin əvvəlindən başlanılan bu kampaniya çərçivəsində müştərilərə cari hesablar, əməkhaqqı layihələri, müştərinin VÖEN hesabına bağlı biznes kart, pos-terminal və onlayn-bankinq pulsuz təklif olunur.

Müştərilər tərəfidindən maraqla qarşılanan bu layihə fərdi sahibkarların və hüquqi şəxslərin biznesini əhəmiyyətli dərəcədə asanlaşdırır. Kampaniya zamanı pulsuz təklif olunan əməkhaqqı layihələri korporativ müştərilərə bir sıra üstünlüklər qazandırır. Bu üstünlüklərə aiddir:

  • sadə sənədləşdirmə prosesi
  • işçi heyətinin əmək haqqı barəsində məlumatın məxfi saxlanması;
  • maliyyə departamenti işçilərinin və şirkət əməkdaşlarının iş vaxtına qənaət;
  • rahatlıqla myAccess onlayn bankinq vasitəsilə maaşların köçürülməsi;

Qeyd edək ki, “Biznesə 5D” layihəsinə qoşulmuş hüquqi şəxs və fərdi sahibkarların əməkdaşlarına da güzəştli xidmətlər təqdim olunur:

  • myAccess xidmətinə ödənişsiz qoşulma;
  • “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı;
  • AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması;
  • “Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı.

Kampaniya 30 iyun 2017-ci ilədək davam edəcək.  Daha ətraflı məlumatı Bankın rəsmi internet saytından, Facebook səhifəsindən və 151 Ümumi Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər