21 C
Baku
Friday, April 26, 2024

Biznes kreditəri artacaqmı?

Banker.az  AR prezidenti İlham Əliyevin özəl bankların iqtisadiyyatın real sektoruna ayrılan vəsaitlərinin az olmasını vurğulayan iradını diqqətinizə çatdırmışdı. Eyni zamanda, sizə özəl bankların iqtisadiyyatın real sektoruna ayrılmış pul vəsaitlərinin həcmini də təqdim etmişdik. Bankların real sektoru maliyyələşdirməsi məsələsi yenidən gündəmdədir və hökumətin bu narahatlığına qarşılıq özəl banklar hansı addımları atacaq?

Ekspert Samir Əliyev məsələyə aydınlıq gətirdi “Açığı qısa zamanda bankların real sektora üz tutmasını gözləmək sadəlövhlük olardı. Nə qədər ki, real sektorda yüksək risklər mövcuddur kredit təşkilatları həmin sahəyə pul yönəltməkdə maraqlı olmayacaqlar. Hökumətin narahatlığı başadüşüləndir. Azərbaycanda istehlak kreditlərinin payı durmadan artır. 2005-ci ildə istehlak kreditinin ümumi kredit qoyuluşunda 27% olduğu halda hazırda bu rəqəm 41%-ə yüksəlib. 2014-cü ilin 5 ayında kredit qoyuluşunda müşahidə edilən 1,2 milyard manatlıq artımın 0,5 milyard manatı istehlak kreditlərinin payına düşür. Azərbaycan kimi ölkələrdə isə istehlak kreditlərinin indiki surətlə artımı iqtisadiyyat üçün təhlükə yaradır. Çünki, əhali borclanmaya gedir, istehlak kreditləri yerli yox, xarici istehsalı stimullaşdırır.

Onu da əlavə etdi ki, “Hökumətin inzibati tədbirləri heç bir nəticə verməyəcək əksinə,  stimullaşdırıcı tədbirlər barədə düşünmək lazımdır. Əgər banklar real sektoru birbaşa maliyyələşdirməkdə maraqlı deyillərsə, bu halda onları dolayı maliyyələşdirməyə stimullaşdırmaq olar. Real sektoru dolayı maliyyələşdirməyin yolu yerli malların alınması üçün banklar tərəfindən kreditlərin verilməsidir. Ölkədə az-çox inkişaf edən sahələrdən biri də mebel sənayesidir. Bu sahəyə istehlak krediti verməklə həm əhalinin mebel tələbatını ödəmək olar, həm də mebel istehsalını dəstəkləmək. Sumqayıt Texnologiyalar Parkını götürək. Parkda hazırda avadanlıqlar istehsal edilir və gələcəkdə onların çeşidi artırılacaq. Belə olan halda həmin məhsulların, məsələn günəş kollektoru, nəyə görə kreditlə alışı təmin edilməsin? Bəzi banklar tərəfində “indi al, pulunu hissə-hissə ödə” prinsipi ilə işləyən taksit kartları verilir. Həmin kartlar vasitəsilə yerli geyim mallarının alışını təmin etmək olar. Artıq adları əcnəbi dildə olan yerli brendlər formalaşır, onları dəstəkləmək lazımdır.

Real sektorun maliyyələşdirilməsi vacib olduğundan bu məsələ gündəmdə saxlanılmalıdır. Bununla bağlı açıqlamalarımızda təkliflərimizi vermişik. Ancaq ilkin dövrdə hökumət yerli istehsalı dəstəkləyən istehlak kreditləşməsinin stimullaşdırılması barədə düşünməlidir. İstehlak kreditləşməsinin ağırlığı xarici mallardan yerli mallara keçməlidir. Banklarla şirkətlər arasında bu sahədə əməkdaşlıq başlamalıdır.”

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər