15 C
Baku
Friday, March 29, 2024

Biznes kreditləri üzrə analitik – Bank Respublika ASC

“Bank Respublika” ASC  Aqro və Mikrokreditlər Departamentinə “Biznes kreditləri üzrə analitik” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Departament daxili proseslərin izlənməsi, təhlil edilərək araşdırılması və təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi;
• Kreditvermə prosesinin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
• Yeni funksiyaların istifadə qaydalarının bankın daxili siyasətinə uyğun olaraq hazırlanması və proseslərin avtomatlaşdırılması üçün IT departamenti ilə birlikdə yeni ideyaların təqdimatını hazırlayaraq müzakirəyə çıxarılması;
• Kredit portfelinin analizi və təhlili nəticəsində hesabatların hazırlanması;
• Hesabatların hazırlanmasına dəstəyin göstərilməsi.

Namizədə qarşı tələblər:

• Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
• Yeni texnologiyaları daima izləmək və ideyalar təklif etmək bacarığı;
• Müştərilərin biznes analizlərini aparmaq bacarığı;
• Kredit komitələrində iştirak və kredit portfelinin idarə edilməsi üzrə təcrübənin olması;
• Proqramlaşdırma və IT sahəsi üzrə bilik və təcrübənin olması;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes kreditləri üzrə analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər