15 C
Baku
Friday, April 26, 2024

Biznes kreditlərinin faiz dərəcələrinin endirilməsi üçün ekspert təklifi

Elman Rüstəmovun 2 gün öncə tədbirlərin birində biznes kredilətinin faiz dərəcələrinin yaxın gələcəkdə endirilməsi ilə bağlı fikirləri cəmiyyətdə kifayət qədər müzakirəyə səbəb olmuşdur. Bu məsələ ilə bağlı ekspert Rəşad Həsənov belə münasibət bildirir: “Hesab etmirəm ki, hazırki vəziyyətdə biznes kreditlərinin faiz dərəcəsini birrəqəmli həddə endirmək mümkün olsun. Bunun üçün bankların kredit portfelinin formalaşmasını göz önünə gətirmək lazımdır. Azərbaycanda bankların kredit portfelinin təxminən 55-60 faizi əhalidən alınan əmanətlərdən formalaşır.

Əmanətlər isə hazırda banklar tərəfindən 9 faiz qorunan, 11-12 faiz isə sığortalanmayan şərtlərlə cəlb olunur. Belədə, həmin vəsaitlərin birrəqəmli faiz dərəcəsinlə real sektora təklif edilməsi hesab edirəm ki, hələlik mümkün deyil. Lakin bununla belə, həmin istiqamətdə müəyyən işlər görülməli, addımlar atılmalıdır ki, həqiqətən də, biznes krediti onu almaq istəyənə birrəqəmli faizlə verilsin. Müxtəlif maliyyə mənbələrindən istifadə etməklə, həmçinin, Mərkəzi Bankın öz valyuta ehtiyatlarını bank sektorunun maliyyələşməsi prosesində daha aktiv şəkildə cəlb edilməsi, uçot dərəcəsinin azaldılması nəticəsində bu istiqamətdə hər hansı bir irəliləyiş əldə etmək olar. Amma hazırki şərtlər daxilində biznes kreditinin faiz dərəcəsinin bir rəqəmli həddə endirilməsi mümkün deyil. Bundan başqa, ölkənin valyuta ehtiyatları, xüsusilə Neft Fondunun vəsaitlərinin müəyyən bir qisminin ölkəyə gətirilməsi, onların daxili maliyyə institutlarında yerləşdirilərək, Azərbaycanın real sektorunu dəstəkləmək məqsədilə aşağı faizlərlə təklif edilməsi məqsədəuyğundur. Çünki, hazırda görürük ki, bu vəsaitlərin idarə edilməsindən əldə olunan gəlir kifayət qədər aşağıdır.

Bu təxminən 1 faizin altında olan rəqəmlərlə ifadə olunur. Belə bir vəziyyətdə isə ölkədə biznes qurumları yüksək faiz dərəcələrindən istifadə edir. Bu mənada qanunvericiliyə müəyyən düşəlişlər etmək şərtilə Neft Fondu vəsaitlərinin bir hissəsini ölkəyə gətirmək məqbuldur. Belə olduğu təqdirdə, biznes kreditinin faiz dərəcəsinin birrəqəmli həddə endirilməsi istiqamətində nəticələrə nail olmaq olar. Hazırki yüksək şərtlər daxilində isə bu mümkünsüzdür”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər