26 C
Baku
Friday, April 19, 2024

Biznes proseslər necə avtomatlaşdırılır?

Kompüter texnologiyaları əsrində heç bir şirkət biznes-proseslərin avtomatlaşdırılması və sənədləşməsi olmadan uğurla fəaliyyət göstərə bilməz.

Motivlər fərqli olsa da, əsas hədəf rəqiblərdən geri qalmamaqdır. Adətən avtomatlaşdırma bir neçə mərhələdə həyata keçirilir. İlk olaraq bütün proseslərin kompleks təhlili aparılır. Daha sonradan hansı bölmənin modernləşdirilməsinə ehtiyac olduğu müəyyən edilir. Bunu etmək çətin deyil – sadəcə şirkəti vahid şəkildə birləşdirən hansı halqanın daha çox informasiya emal etdiyi və saxladığını ayırd etmək lazımdır. Bundan əlavə, elə proseslər var ki, burada avtomatlaşdırılma ilk növbədə həyata keçirilir: mühasibatlıq, malların və materialların göndərilməsi, heyətin idarə olunması. Dəyişikliklərə əsas harada ehtiyac duyulduğunu anlamağın bir yolu da, rəhbərin müəssisənin hansı işindən razı olmadığını aydınlaşdırmaqdır. Yalnız bundan sonra avtomatlaşdırma sistemini seçmək olar. Son zamanlar belə proseslər çox vaxt SharePoint-in köməkliyi ilə həyata keçirilir.

Növbəti mərhələdə proqram təninatının seçilməsi həyata keçirilir. Bu zaman texniki tələblərə ən yaxşı cavab verən və şirkətin inkişafına mane olmayan proqramlar seçilir. Şirkəti yeni mərhələyə çıxarmaq üçün avtomatlaşdırmadan əlavə, korporativin saytını yaratmağı da unutmaq lazım deyil.

Biznes-proseslərin avtomatlaşdırılması ona görə mütləqdir ki, o bir çox problemlərin həllinə yardım edir.

Son xəbərlər
Digər xəbərlər