16 C
Baku
Thursday, April 25, 2024

Biznes üçün ən əlverişli ölkələr – Azərbaycan 58-cidir

ABŞ-ın “Forbes” jurnalı dünyada biznes aparmaq üçün ən əlverişli olan ölkələrin siyahısını açıqlayıb. Banker.az Modern.az  saytına istinadən xəbər verir ki, jurnal reytinq cədvəlini hazırlayarkən 11 parametr – korrupsiya ilə mübarizə, şəxsi azadlıqlar, maliyyə-kredit sisteminin inkişafı, ticarət azadlığı, yüksək texnologiyaların inkişafı, şəxsi mülkiyyətin toxunulmazlığı, bürokratiyadan azadlığı nəzərə alıb.

“Forbes” jurnalı ardıcıl 6-cı ildir Danimarkanı dünyada biznes üçün ən əlverişli şəraiti olan ölkə elan edib. Azərbaycan 144 ölkə arasında 58-ci yerdə qərarlaşıb. Qonşu ölkələrdənErmənistan 66-cı, Qazaxıstan 57-ci, Türkiyə 54-cü, Gürcüstan 43-cü, Rusiya 81-ci vəİran 130-cu pillədə qərarlaşıb.

Modern.az biznes şəraiti ən əlverişli olan ölkələri təqdim edir.

  1. Danimarka
    2. Yeni Zelandiya
    3. Norveç
    4. İrlandiya
    5. İsveç
    6. Finlandiya
    7. Kanada
    8. Sinqapur
    9. Hollandiya
    10. Böyük Britaniya
    11. Honq Konq
    12. İsveçrə
    13. İslandiya
    14. Avstraliya
    15. Belçika
    16. Portuqaliya
    17. Litva
    18. Almaniya
    19. Estoniya
    20. Sloveniya
    21. Tayvan
    22. ABŞ
    23. Yaponiya
    24. Lüksemburq
    25. İsrail
    138. Venesuela
    139. Qambiya
    140. Myanma
    141. Haiti
    142. Liviya
    143. Qvineya
    144. Çad
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər