26 C
Baku
Saturday, April 20, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri Bizneslə məşğul olanlar üçün ən yaxşı məhsullardan biri 5D

Bizneslə məşğul olanlar üçün ən yaxşı məhsullardan biri 5D

0
Bizneslə məşğul olanlar üçün ən yaxşı məhsullardan biri 5D

Ölkədə sahibkarlığın  inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıraraq sahibkarlara  dövlət dəstəyi, maliyyə dəstəyi, texniki və intellektual dəstək göstərilir. Bu dəstəklər fonunda əsas rollardan birini də ölkədə fəaliyyət göstərən kommersiya bankları tutur. Banklar sahibkarlara həm SKMF (sahibkarlığa kömək milli fondu), həm də öz daxili vəsaitləri hesabına güzəştli kreditlər ayırmaqla yanaşı, sahibkarların Bank əməliyyatlarını sadələşdirmək, onlara müxtəlif istiqamətdə güzəştlər tətbiq etmək yolunda bir sıra addımlar atırlar. Bu yazımızda AccessBankın “Biznese 5D” layihəsinin monitorinqini sizlərə təqdim edirik.

“Biznese 5D” nədir?

Bu layihə hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə 5 fərqli məhsul və xidməti həm paket halında həmdə ayrılıqda PULSUZ əldə etməyə imkan verir.  Layihənin əsas üstünlüklərindən biri də 24/7 rejimində rahatlıqla nağdsız əməliyyatlarını həyata keçirə bilmə imkanıdır.

Layihə çərçivəsində hansı məhsul və xidmətlər təklif edilir?

  • Cari hesablar;
  • Əmək haqqı layihələri;
  • Müştərinin VÖEN hesabına bağlı Biznes Kart;
  • Pos-terminal;
  • Onlayn bankinq.

Məhsul və xidmətlərin iş adamlarına təqdim etdiyi üstünlüklərlə daha ətraflı formada aşağıdakı cədvəldə tanış ola bilərsiniz.

Məhsul / Xidmət İmkanlar və güzəştlər
Cari hesablar
  • Bandaxili, ölkədaxili və ölkəxarici pul köçürmələri;
  • Əmək haqqlarının köçürülməsi;
  • Vergi və digər dövlət ödənişləri;
  • Kassa və mübadilə əməliyyatları və s.
Əmək haqqı layihələri
  • 5 il müddətinə verilən PULSUZ əmək haqqı kartları;
  • PULSUZ “SMS-Banking” xidməti.
Biznes Kart
  • 3 il müddətinə verilən AZN, USD və EUR valyutalarında PULSUZ kartlar;
  • Güzəştli şərtlərlə biznes kartından nağdlaşdırma imkanı (0,5% min 0,50 AZN);
  • PULSUZ 1 illik SMS bankinq xidməti
Pos-terminal
  • Ödənişsiz quraşdırılma və texniki dəstək;
  • POS-terminallar üzrə güzəştli şərtlərlə xidmət haqqı (1%-dən başlayaraq);
  • POS terminala bağlı cari hesabdan komissiyasız nağdlaşdırma;
  • Nağd pulun saxlanılması və daşınması üzrə xərclərin və risklərin azaldılması;
  • “AccessQazanc” lahiyəsi üzrə əməkdaşlıq imkanı.
Onlayn bankinq
  • myAccess sisteminə ödənişsiz qoşulma;
  • Ölkədaxili və ölkədən kənara köçürmələr;
  • Şirkət əməkdaşlarının əməkhaqqılarının köçürülməsi;
  • Vergi və dövlət büdcəsinə digər ödənişlər;
  • Mübadilə əməliyyatları;
  • Kredit borcunun ödənilməsi;
  • Kommunal və digər ödənişlər;
  • Hesablar üzrə qalıqlara nəzərət və s.

 

Həmçinin qeyd etmək istərdik ki, bu layihəyə qoşulan şirkətlərin əməkdaşları digər AccesBankın təqdim etdiyi digər məhsullarla da  bağlı aşağıdakı güzəştləri əldə edirlər:

  • myAccess xidmətinə ödənişsiz qoşulma;
  • “Yığım” əmanətini 30 AZN-dən başlayaraq açmaq imkanı;
  • AZN valyutasında 12-60 ay müddətinə açılan “Yığım” əmanətinin standart illik faiz dərəcəsinə 1%-in əlavə olunması;
  • “Nağd” kredit və kredit kartlarını standart illik faiz dərəcəsindən 2% aşağı əldə etmək imkanı.

Sonda isə qeyd etmək istərdik ki, bu layihə kampaniya xarakteri daşıyır və 31.07.2017-ci il tarixinədək qüvvədədir. İş adamlarının yaradılmış bu fürsəti dəyərləndirməsi üçün 1 aydan da az vaxt qalır. Kampaniyadan faydalanmaq üçün AccessBankın istənilən filialına və ya baş ofisinə yaxınlaşa bilərsiniz (http://accessbank.az/az/page/branches_list/#contentLeft).