13 C
Baku
Friday, April 19, 2024

Biznesmen və balıqçı

Günlərin bir günü bir biznesmen bir kənddə gölün qırağında oturub kiçik bir qayıqda üzən balıqçını izləyirdi. Balıqçı böyük bir balıq tutur və biznesmen bu münasibətlə onu təbrik edərək soruşur:

– Sən bir balığı tutmağa nə qədər vaxt sərf edirsən?

 Balıqçı cavab verir:

– Ən çox iki saat.

 Biznesmen təəcüblənərək deyir:

– Sənin hələ çox vaxtın var, nəyə görə sən göldə daha çox qalıb bir neçə balıq daha tutmadın?

Balıqçı:

– Mənim ailəmə sabaha qədər bir balıq bəsdir.

– Bəs sən qalan gün nə ilə məşğul olursan? – deyə biznesmən soruşur.

– Mən günortaya qədər yatır, sonra isə balıq tutmağa gedirəm. Evə qayıtdıqda isə uşaqlarımla oynayır, həyat yoldaşımla maraqlı söhbətlər edirəm. Daha sonra isə kənddə gəzintiyə çıxıram, axşam dostlarımla gitarada ifa edərəm. Gördüyünüz kimi, mən həyatdan zövq alıram, – deyə balıqçı başa salır.

Biznesmen:

– Mən Harvardın məzunuyam. Mən sənə kömək edərəm, sən hər şeyi səhv edirsən. Sən gərək bütün günü balıq tutasan və sonra özünə böyük bir qayıq alasan.

Balıqçı:

– Bəs sonra?

Biznesmen:

– Sonra isə sən daha çox balıq tutacaqsan və artıq özünə bir neçə qayıq ala biləcəksən, hətta gəmi də ala bilərsən.

Balıqçı:

– Bəs ondan sonra nə?

Biznesmen:

– Daha sonra balığı vasitəçiyə satmaq əvəzinə sən onu düz fabrikaya gətirəcəksən və gəlirini artıraraq şəxsi fabrikini açacaqsan.

Balıqçı:

– Bəs ondan da sonra?

– Sonra isə sən bu kəndə tərk edərək böyük şəhərə köçəcəksən və bəlkə də bir gün nəhəng bir ofis açaraq dirtektor olacaqsan.

Balıqçı:

– Bunları etmək üçün mənə nə qədər vaxt gərəkdir?

Biznesmen:

– Təxminən 15- 20 il.

Balıqçı:

– Bəs sonra?

Biznesmen gülərək cavab verir:

– Sonra isə sən həyatının ən xoş vaxtlarını keçirəcəksən. Sən öz firmanı bir neçə milyona sataraq çox varlı ola biləcəksən.

– Bəs sonra?

Biznesmen:

– Sonra isə sən işləməyə bilərsən. Sən kiçik bir kəndə köçərsən, günortaya qədər yata, bir az balıq tuta, uşaqlarınla oynaya, kənddə gəzintiyə çıxa, dostlarınla gitarada oynaya bilərsən…

Son xəbərlər
Digər xəbərlər

6 ŞƏRH

Comments are closed.