8 C
Baku
Thursday, March 28, 2024

“Black Friday” Amazon rəhbərinin sərvətini $100 milyarda qədər artırıb

Amazon təsisçisi Jeff Bezosun sərvəti 100 milyard dolları üstələyib.

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, indi Bezos Bloomberg Billionaires Index-də ilk pillənin sahibidir. Microsoft təsisçisi Bill Gates isə 89 milyard dollardan bir qədər çox kapital ilə ikinci pillədə yer alıb.

Jeff Bezos Black Friday zamanı Amazon şirkətinin səhmlərinin 2% yüksəlməsi sayəsində sərvətini 2,4 milyard dollar artırıb.

Amazon rəhbərinin sərvəti ilin əvvəlindən ümumi olaraq 32,6 milyard dollar artıb. Amazon səhmləri son həftə ərzində 5% bahalaşıb.

Noyabr ayının əvvəlində isə Bezos şirkətin 1 milyard dollar dəyərində səhmini satmışdı.

Son xəbərlər
Digər xəbərlər