13 C
Baku
Friday, April 19, 2024

BlackBerry Kanadadakı ərazilərini satır

Kanadanın smartfon istehsalçısı olan BlackBerry şirkəti Kanadada yerləşən 3 milyon kvadrat futdan artıq əraziyə sahib ərazilərini satmaq barədə planlarını elan etdi.

Verilən məlumatlara görə, BlackBerry şirkəti Kanadada yerləşən demək olar ki, bütün ərazilərini satır və ya icarəyə verir. Yerli mətbuat isə smartfon istehsalçısının öz vətəninin ərazisində hər hansı mülkünün qalıb-qalmayacağı ilə maraqlanır.

BlackBerry nümayəndələri isə öz növbəsində heç bir halda ölkəni bütünlüklə tərk etmək niyyətində olmadıqlarını bildirmişlər. Şirkətdən verilən məlumatlara görə, daşınmaz əmlakla bağlı həyata keçirilən tədbirlər maliyyə sabitliyini qorumaq imkanı və əməliyyat fəaliyyətlərinin həyata keçirilməsinə əlavə resurslar yaradacaq.

Şirkətin daşınmaz əmlak menecmentliyi ilə CBRE agentliyi məşğul olacaq. Kanada şirkətinin səhmlərinin əhəmiyyətli hissəsi Ontario əyalətində Vaterlooda yerləşir. Bununla yanaşı şirkətin Torontoda və Ontarionun müxtəlif hissələrində ofisləri var. Satılacaq və yaxud icarəyə veriləcək daşınmaz əmlak nümunələrinin qiyməti isə hələ açıqlanmır.

Son xəbərlər
Digər xəbərlər