Blockchain əsasında çalışan smartfonu hazırlayan şirkət $160 milyon investisiya aldı

Blockchain əsasında çalışasn Finney adlı smartfonu yaratmaq üçün “Sirin Lab” şirkəti ICO vasitəsilə 157.8 milyon dollar investisiya aldı.

Şirkətin məlumatına əsasən bu sartfonda Ethereum-un mobil tətbiqi olacaq. Beləliklə istifadəçilər təhlükəsiz şəkildə öz kriptovalyutalarını telefonlarında saxlaya biləcəklər. Bu barədə VentureBeat saytı xəbər verib. Finneyseriyasına daxil olan smartfon və stolüstü kompüter blockchain əsasında çalışır. Şirkət əmindir ki, bu üsulla cihazlar hacker hücumlarından qorunmuş vəziyyətdə olacaqlar. Smartfonda Ethereum və digər kriptovalyuta mobil tətbiqləri olacaq.

Beləliklə istifadəçi onları təhlükəsiz şəkildə idarə edə biləcək. Həmçinin kiminsə oğurlamasından qorxmadan istifadəçi öz kriptovalyutalarını bu smartfonda saxlaya biləcək. Şirkət barəsində ilk dəfə onun Solarin adlı smartfonu təqdim etməsindən sonra danışdılar. Həmin smartfonun qiyməti 14.000$ təşkil edirdi. Lakin Finney daha ucuz olacaq (1000$). Şirkətin hazırladığı kompüterin qiyməti isə 800$ təşkil edəcək. Şirkət artıq öz cihazları üçün ön sifarişləri qəbul edir.

📝 RƏY BİLDİR