Blockchain dünya iqtisadiyyatını yüksəklərə qaldıracaq  

Əhəmiyyətli artım 2030-cu ildə müşahidə ediləcək

Hazırda blockchain texnologiyası iqtisadiyyatın müxtəlif sahələrində böyük marağa səbəb olub. Cryptellect məlumat verir ki, Gartner tədqiqat şirkəti 2030-cu ilə qədər dünya iqtisadiyyatında blockchain-in rolu haqqında proqnoz təklif edib.  

Tədqiqatçıların fikrincə, 2030-cu ilə qədər blockchain texnologiyası dünya iqtisadiyyatında böyük artım təmin edəcək. Güman edilir ki, artm 3.1 trilyon dollara çatacaq, həm də bu məbləğdə yalnız blockchain nəzərə alınır. Bu texnologiyadan istifadə edən servislərin əlavə dəyəri 2026-cı ilə qədər artıq 176 milyard dollara çatacaq.

IBM-in top-meneceri Meri Vikin (Mary Wick) sözlərinə görə, hazırda blockchain texnologiyalarının tətbiqi üzrə lider Dubaydır. Burada bu texnologiyadan Smart Dubai adlı gələcək şəhərin yaradılmasında fəal şəkildə istifadə olunur. Bu təşəbbüs Əmirliyin rəhbərliyi tərəfindən tam olaraq dəstəklənir və ehtimal ki, Dubay blockchain-dən istifadə üzrə lider mövqe tutacaq.

📝 RƏY BİLDİR