14 C
Baku
Saturday, April 27, 2024

Bloomberg II Yelizavetanın sərvətini hesabladı

Bloomberg agentliyinin verdiyi məlumata görə, Böyük Britaniya kraliçası II Yelizaveta 425 milyon dollar (276,7 milyon funt) sərvətə sahibdir. O bu göstərici ilə ən varlı britaniyalı Vestminster hersoqu Gerald Grosvenor-dan 33 pillə geridə qalır. Belə ki, Hersoqun sahib olduğu sərvət 14 milyard dollar olaraq qiymətləndirilir. Avropanın ən varlı qadını Lilian Betankur isə 32 milyard dollara sahibdir.

Agentliyin verdiyi məlumata görə, burada söhbət 89 yaşlı monarxın şəxsi vəsaitlərindən gedir. Britaniya kral ailəsinin ümumilikdə 20 milyard funt sterlinq dəyərində aktivləri var, lakin bu aktivlər digər etibarlı şəxslərin idarəsindədir.

II Yelizavetanın mülkü investisiya (75 milyon dollar), anasından miras qalan aktivlər (110 milyon dollar), marka kolleksiyası (75 milyon dollar) və s.dən ibarətdir. Analitiklərin qiymətləndirməsinə əsasən, onun yatırımları illik 5%-dən 7,5%-ə qədər gəlir gətirməlidir.

Kraliça həmçinin daşınmaz əmlak və monarxiyanın digər aktivlərini idarə edən Crown Estate təşkilatında da paya sahibdir (15%).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər