BMW şirkəti X5 modelinin yeni nəslini təqdim edib [video]

BMW şirkəti yeni nəsil X5 krossoverini təqdim edib. İnqilabi dəyişiklik gözləyənləri məyus etməliyik – bavariyalılar təkamül yoluna üstünlük veriblər. Döğrudur, krossoverlə baş vermiş dəyişikliklər ciddi xarakter daşıyır və G50 modeli dəyişdirilmiş salon arxitekturasına malik olan ilk BMW avtomobilidir.

Yeni krossoverin ən maraqlı elementlərindən biri onun 12,3-düymlük virtual cihazlar panelidir. Vitrual cihazlar panelinin əsas hissəsi naviqasiya sisteminin xəritəsinə verilibdir. Spidometr və taxometr isə panelin kənarlarında yerləşdirilən zolaqlardan ibarətdir . Üstəlik, taxometrin xəttlənməsi saat istiqamətinin əksinədir. Bir qədər mübahisəli tərtibatdır. Lakin, dəyişikliklər bununla bitmir – yeni iDrive 7.0 mediasisteminin 12,3 düymlük ekranı cihazlar paneli ilə birləşdirilib.

Bundan başqa, havalandırma sisteminin deflektorlarının forması dəyişdirilmiş, klimat-kontrol sisteminin miniatür ekranları isə mərkəzi deflektorların ortasında yerləşdirlimişdir. Sükan çarxı yeni mərkəzi hissəyə sahib olub, xarici işıqlandırmanın aktivləşdirilməsi isə düymələr bloku şəklində tərtib edilib. Qapı dəstəklərinin və şüşəqaldırıcıların düymələri də yerlərini dəyişiblər. Mərkəzi konsoldakı düymələr və selektor blokuna yenidən baxılmış, mühərriki işə salma düyməsi də orada yerləşdirilmişdir.

70457 src

BMW X5 modelini əvvəlki kimi oturacaqların üç cərgəsi ilə sifariş etmək mümkündür. Bununla belə, avtomobilin baqaj bölümünün həcmi 5 litr azalaraq 645 litr olubbdır. Arxa cərgənin qatlanması halında bu rəqəm 1860 litr (- 10 litr) qədər artır. Baqaj bölümünün qapağı əvvəllki kimi iki hissədən ibarətdir.

Krossoverin yeni nəsli sələfinə nisbətən daha iri olub: onun uzunluğu 36 millimetr, eni isə 66 millimetr artıb. Hündürlük isə əksinə olaraq 17 millimetr azalıb. Beləliklə, yeni X5 modelinin uzunluğu 4922 millimetr, eni – 2004 millimetr, hündürlüyü isə 1745 millimetr təşkil edir.

70467 src

Tamamilə yeni platforma (CLAR modul platformasının yeni variantı) üzərində inşa edilən krossoverin təkər bazasının uzunluğu 2933 millimetrdən 2975 millimetrə qədər artıb. Yeni X5 modeli öndə ikiqollu, arxada isə çoxqollu asqıya, həmçinin opsional olaraq quraşdırılan tam pnevmatik asqıya malik olub. Əvvəlki X5 modelində pnevmatik asqı yalnız arxada quraşdırılırdı. Üstəlik, avtomobil tam idarələnən şassiyə və aktiv arxa stabilizatora sahib olub. Ənənəvi M Sport idman dəsti ilə yanaşı, krossover üçün yolsuzluq dəsti də təklif ediləcəkdir.

Bu dəstə altlığın müdafiəsi, arxa differensialın qapadılması və idarəetmə elektronikasının bir neçə spesifik rejimi daxildir.

70470 src

İlkin olaraq, yeni nəsil X5 modeli dörd mühərriklə təklif ediləcəkdir. Standart olaraq, 265 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli dizel mühərrikinə malik olan xDrive30d variantı təklif ediləcəkdir. BMW X5 xDrive40i modifikasiyası 340 at qüvvəsi və 450 Nm hasil edən 3,0-litrlik altısilindrli benzin turbomühərriki, xDrive50i variantı isə 462 at qüvvəsi və 650 Nm-ə malik olan 4,4-litrlik V8 biturbomühərriki ilə təklif ediləcəkdir.

Krossoverin top variantı isə 400 at qüvvəsi və 760 Nm hasil edən dörd turbokompressorlu 3,0-litrlik dizel aqreqatı təchiz edilən “qaynar” X5 M50d modifikasiyası olacaqdır. Bütün modifikasiyalar səkkiz pilləli “avtomat” və tam çəkiş sistemi ilə təchiz ediləcəkdirlər. Sonradan avtomobilin Amerika bazarı üçün nəzərdə tutulmuş arxadan çəkişli variantı və hibrid güc aqreqatına malik olacaq “bərkgedən” BMW X5 M modifikasiyası təqdim ediləcəkdir.

Təchizata gəldikdə isə, əlavə ödənişlə dairəvi müşahidə sistemini lazer-lyüminifor uzaq işıqlarını sifariş etmək mümkündür. Bu fənərlər standart işıqdiodlardan hazırlanmış fənərlərdən 200 metr uzağı işıqlandırır – yəni, məsafə yarım kilometr təşkil edir. Əlbəttə ki, krossover üçün onu zolaqda saxlayacaq və öndəki avtomobillə ara məsafəsini gözləyəcək kvaziavtopilot sistemi də nəzərdə tutlubdur. Radiator barmaqlıqları aktiv jalüzilərə sahib olub. Təkər disklərinin seçimi  isə 18-22 düym arasında olacaqdır.

Yeni nəsil BMW X5 modelinin istehsalı alman markasının Spartanburqdakı zavodunda avqustda başlanacaqdır. İlk avtomobillər müştərilərə qış aylarında çatdırılacaqdırlar.

autograph.az sayti