13 C
Baku
Friday, April 19, 2024

Bank sistemləri departamentinin eksperti – Bank of Baku

Bank sistemləri departamentinin eksperti

Əsas vəzifə və öhdəliklər

o  Riyazi modellər və alqoritmlər əsasında qoyulan tapşırıqların yerinə yetirilməsini təmin edən proqramların işlənib hazırlanması
o  Məsələnin həlli alqoritminin proqramlaşdırma dilinə keçirilməsinin, proqramların sazlanmasına hazırlıq işlərinin və sazlanmanın həyata keçirilməsi
o  Proqramların onların funksional təyinatına uyğunluğunun tam şəkildə yoxlanması üçün yoxlama nümunələri verilənlərinin həcm və məzmununun müəyyən edilməsi
o  İstifadəyə verilmiş proqram və proqram vasitələrinin müşaiyətinin həyata keçirilməsi
o  Proqram arxitekturasının işlənib hazırlanması

Seçim meyarları

o  Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
o  Azərbaycan dili və rus dili üzrə əla, ingilis dili üzrə yaxşı səviyyədə biliklər
o  PL/SQL proqramlaşdırma dili, Oracle, MS SQL və ya PostgreSQL üzrə bacarıqlar
o  Java proqramlaşdırma (arzu olunandır)
o  Problemə yönəlik anatilik düşünmə tərzi

İş şərtləri

o  İş yeri: Əməliyyat Mərkəzi
o  İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Formanı diqqətlə, dəqiq və mümkün qədər dolğun doldurmağınız xahiş olunur. Müraciətinizi göndərdikdən sonra təsdiq pəncərəsi açılacaq və siz bu haqda əlavə təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər