12 C
Baku
Thursday, March 28, 2024

Borclu qalan prezident

5 oktyabr 1789-cu ildə Corc Vaşinqton o dövrdə Nyu-Yorkda hələ ki yeganə olan kitabxanaya baş çəkir. Bu hadisədən cəmi bir neçə ay öncə prezident seçilmiş Vaşinqton kitabxanadan iki kitab götürür. Bunlar “Millətlərin hüququ” traktatı və Britaniyanın icmalar palatasının debatlar toplusu idi. Kitabxananın qaydalarına görə isə götürülən kitablar 1 aydan gec olmayaraq qaytarılmalı idi. Maraqlıdır ki, kitabxana işçilərinin özləri belə kitabların yox olduğunu yalnız 221 ildən sonra, üzvlük kitablarının nömrələnməsi zamanı aşkar edirlər. Kitabxana kitabların gecikdirilməsinə görə cərimə təyin edirdi. Prezidentin borcu isə zaman və inflyasiyanı nəzərə almaqla təqribən 300 dollar edirdi.

Bununla yanaşı, kitabxana rəhbərliyi bildirmişdir ki, bu məbləğdən imtina etməyə hazırdır, lakin kitablar böyük tarixi əhəmiyyətə sahibdir. Lakin heç kəs 2 əsrdən çox bir zamanda əldə edilmiş kitabları harda axtarmaq lazım olduğunu bilmirdi.

Son xəbərlər
Digər xəbərlər