13 C
Baku
Saturday, April 27, 2024

“Borcumun bir hissəsini qaytardım” – Nizami Piriyev

Ötən gün həbsdən azad olunan iş adamı Nizami Piriyev açıqlama yayıb.

Onun rəhbərlik etdiyi AzMeCo şirkətinin mətbuat xidmətindən  daxil olan açıəqlamada bildirilir ki, iyun ayının əvvəlindən AzMeCo şirkətinə məxsus metanol zavodu öz fəaliyyətini bərpa edəcək: “Rəhbəri olduğum Azərbaycan Metanol Zavodunun tikintisi və fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankından götürdüyüm kredit vəsaitləri üzrə ödəmələrin gecikdirdiyim üçün başlanmış cinayət işi üzrə 08 may 2015-ci il tarixdə həbs edilmişdim. İstintaq dövründə kredit borclarımın bir hissəsini ödəmişəm, eləcə də, kredit borclarımın digər hissəsinin ödənilməsi ilə bağlı Azərbaycan Beynəlxalq Bankı ilə razılıq əldə etmişəm. Ona görə də haqqımda seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi barədə müraciətimə müvafiq qaydada Bakı şəhəri Nərimanov rayon məhkəməsində baxılaraq barəmdə seçilmiş həbs qəti imkan tədbiri 28 may 2015-ci il tarixli qərarla ləğv edildi.

Hal-hazırda Azərbaycan Metanol Zavodunun işinə rəhbərlik etməkdə davam edirəm. Həbsdən azad olunmağımla bağlı son günlərdə mətbuata verilmiş informasiyalar həqiqəti əks etdirmir. Ona görə də mən bunları kimlərinsə yaranmış şəraitdən sui-istifadə edərək cəmiyyətdə özlərinə “nüfuz” toplamağa cəhd göstərməsi kimi dəyərləndirirəm.”

Qafqazinfo

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər