22 C
Baku
Thursday, April 25, 2024

Borcunuzdan çox cərimələr nə zaman yarana bilər?

Cərimələr əsasən kreditin aylıq ödənişində yer alan əsas məbləğə görə hesablanır. Bildiyimiz kimi, sizin hər ay ödədiyiniz aylıq ödəniş iki hissədən ibarət olur: borcunuzu azaldan əsas məbləğ ödənişləri və faiz ödənişləri. Yəni hər ay öz kredit borcunuzu azaltmalı olan məbləğdə pul ödəyirsiniz və aylıq ödənişi etmədikdə cərimə məhz həmin məbləğə hesablanır.

Belə ki, aylıq ödəniş ödənilən vaxt onun bir hissəsi əsas borcun məbləği olur ,digər hissəsi isə kreditə görə faiz borcu olur. Bu vəsait banka vaxtında qayıtmadığına görə bank əlavə ehtiyyat yaratmaq məcburiyyətində qalır. Bu səbəbdən də bank özü maliyyə itkisi ilə üzləşir, həm də həmin maliyyə vəsaitinə görə öz gəlirini itirir.

Bir tərəfdən aylıq ödənişlərin gecikdirilməməsi üçün, bir tərəfdən də bank maliyyə itkisi ilə üzləşməməsi üçün, gecikmə üçün əlavə cərimələr və penyalar tətbiq edir.

Bir sıra banklarda cərimə faizləri gecikdirilmiş əsas məbləğə görə hər gün üçün minimum 0,5-2% təşkil edir, bəzi banklarda hətta bunlara minimum məbləğ qoyurlar, yəni 1AZN bəzən isə gecikdirilmiş günlər üçün 2 qat,3 qat hətta 4 qat faiz hesablanmaqla cərimə hesablayırlar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər