23 C
Baku
Saturday, April 20, 2024

Boşa keçən zamanımız…

Hər gün biz orta hesabla 20 dəqiqəmizi işə çatmağa, 60 dəqiqəmizi nahar fasiləsinə, 45 dəqiqəmizi şam yeməyi hazırlamağa və s.-ə sərf edirik.

Paltarları yumaq, zibili atmaq, kompüterin açılmasını gözləmək – bütün bu xırda işlər sayılı saniyələri əhatə edir, lakin bu saniyələrin hamısını topladıqda böyük bir zaman kəsimi əldə edəciyik.

Bəz öz zamanımızdan necə optimal şəkildə istifadə edə və bu qiymətli saniyələri itirməyə bilərik? Bir az yaradıcılığa müraciət edin.

Məqsədlərinizi və ambisiyalarınızı əks etdirəcək plan təşkil edin. Nə etmək istiyərdiniz? Xarici dil öyrənmək? Kitab yazmaq? İdmanla məşğul olmaq?

İndi düşünün, bu çalışmalardan hansıları birləşdirmək olar? Məsələn, paltar yumaq üçün sizin əlləriniz tələb olunur, qulaqlarınız deyil. Bu isə o deməkdir ki, paltar yumaqla məşğul olarkən xarici dil öyrənmək üçün audio-dərslərə qulaq asa bilərsiniz. Beləliklə, ev işləri ilə məşğul olarkən, heç bir kursa getmədən yeni biliklər əldə edə bilərsiniz.

Zamanınızı düzgün paylasanız, onun heç bir saniyəsi boşa xərclənməyəcək. Televiziyada sevimli verilişinizə baxa-baxa gündəlik idman hərəkətləri ilə məşğul ola bilərsiniz, yaxud övladınızı məktəbdən gətirmək üçün lazımi zamanı gözlədikdə elektron poçtunuzu yozlaya bilərsiniz və s. Əsas olan bir neçə işi düzgün şəkildə birləşdirməkdir.

Əgər gün ərzində heç olmasa 60 dəqiqənizdən effektiv şəkildə istifadə etsəniz, bu artıq yaxşı nəticələr verməyə başlayacaq. İlk baxışdan bu elə də çox görünməyə bilər, lakin 1 saatı həftənin 5 gününə, daha sonra ilin 48 həftəsinə vurduqda 240 saat əldə edirik. Və bu sadəcə bir ildədir. Bu zaman ərzində nə qədər yeni şeylər edə biləcəyinizi təsəvvür edin.

Gününüzü əvvəlcədən planlaşdırın və zamanınızdan faydalı şəkildə istifadə etməyi vərdiş edin. Bununla həyatınızda heç bir saniyə boşa xərclənmiş olmayacaq.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər