23 C
Baku
Friday, April 19, 2024

Böyük Britaniya Aİ-dan çıxarsa büdcə gəlirləri 6% azalacaq

Böyük Britaniya Maliyyə Nazirliyi ölkənin Avropa İttifaqından mümkün çıxışı halında 2030-cu ilə büdcə gəlirlərinin 6% azalacağını iddia edib. BBC xəbər verir ki, hələlik rəsmi olaraq dərc edilməmiş 200 səhifəlik hesabatda belə proqnozun verilməsi Aİ-nin sıralarını tərk edəcəyi təqdirdə Böyük Britaniya ilə Kanadayla olduğu kimi ticarət sazişi bağlaması variantıyla bağlıdır.

Corc Ozborn - Böyük Britaniyanın maliyyə naziri
Corc Ozborn – Böyük Britaniyanın maliyyə naziri

Bu halda ÜDM-dəki azalma orta hesabla hər bir britaniyalı ailənin illik gəlirində 4,3 min funt sterlinq (təxminən 6 min dollar) azalmaya səbəb olacaq. Eyni zamanda, Aİ-dən ayrılacağı təqdirdə Kanada variantının tətbiqinin Britaniya üçün ən sərfəli olmayacağı, amma ən pis variant da olmayacağı qeyd edilir.

Hesabatda ölkənin Aİ-nin sıralarından ayrılacağı halda hadisələrin inkişafının üç mümkün ssenarisi göstərilib. Hesabat müəllifləri ticarət sazişinin imzalanmasından başqa, ölkənin Avropa İqtisadi Birliyindəki üzvlüyünün qorunması (Norveç variantı) və Ümumdünya Ticarət Təşkilatının ümumi prinsipləri üzrə Aİ ilə ticarət (Rusiya variantı) versiyasını da nəzərdən keçirib.

Müəlliflər ən uyğun variant kimi “Norveç variantı”nı göstərib, “Rusiya variantı”nın isə ən uğursuz olduğunu qeyd edib.

Report

Son xəbərlər
Digər xəbərlər