15 C
Baku
Saturday, April 27, 2024

Böyük Britaniyaya daha bir zərbə – Reytinq aşağı salındı

“Fitch” beynəlxalq reytinq agentliyi Böyük Britaniyanın uzunmüddətli kredit reytinqini bir pillə aşağı salıb.

Agentliyin məlumatında kredit reytinqinin “AA+”dən “AA” səviyyəsinə düşdüyü göstərilib. Bu barədə Report məlumat verir.

Buna səbəb kimi isə Böyük Britaniyanda Avropa İttifaqından çıxış üzrə keçirilmiş referendumun nəticələri göstərilib. Belə ki, “Brexit” milli iqtisadiyyata mənfi təsir göstərə bilər.

“Fitch”, həmçinin 2016-cı ildə Böyük Britaniyada ÜDM-in artım proqnozunu 1,9 fazidən 1,6 faizədək azaltmağı qərara alıb. Agentliyin hesablamalarına görə, 2017-2018-ci illərdə iqtisadiyyat 0,9% ilə artacaq (əvvəllər 2% artım olacağı gözlənilirdi – red.). “Fitch” bu rəqəmlərin Aİ-yə ixracatın azalmasına təsir göstərə biləcəyini hesab edir.

Məlumat üçün demək istərdik ki Standard and Poors da Böyük Britaniyanın kredit reytinqini aşağı salınması barədə məlumat yayılmışdı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər