15 C
Baku
Wednesday, April 24, 2024

Bradley Wayne Hughes: uğura nail olmuş biznesmenin tarixçəsi

Əfsanəvi biznesmen-milyarder Bradley Wayne Hughes 28 sentyabr 1933-cü ildə ABŞ-da dünyaya gəlib. O öz ailəsi ilə birgə Oklahoma ştatında yaşayırdı. Bradley məktəbi bitirdikdən sonra Cənubi Kaliforniya universitetinə daxil olur və burada elm və incəsənət sahəsində ali təhsil alaraq bakalavr diplomuna yiyələnir.

 Hughes universiteti bitirdikdən sonra daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərdən birində menecer olaraq işə başlayır. Lakin bu məşğuliyyət gənc və perspektivli Bradley-ə məmnunluq bəxş etmədiyi kimi, ona kifayət qədər qazanc da gətirmirdi.

 O özünü dolandırmaq üçün üsullar axtarmağa başladığı bir vaxtda belə bir mükəmməl biznes ideyaya sahib olur – magistral yolların kənarında saxlama kameralarının quraşdırılması. Bu zaman yeni başlayan sahibkar ideyasının nə qədər effektiv olacağını təsəvvür belə etmirdi. Bu cür saxlama kameralarına ehtiyac Kaliforniyada böyük tələbatla qarşılanır. Artıq bir neçə aydan sonra Hughes özünün “Public Storage” adlı şirkətini qeydiyyatdan keçirir.

Bu gün Public Storage şirkəti saxlama kameraları xidmətinin göstərilməsi sahəsində dünyanın ən nəhəng şirkətlərindən biridir. Şirkət yaradıcısının sərvəti təqribi olaraq 5 000 000 000 ABŞ dolları hesab edilir. Ümumilikdə isə şirkət bütün dünya üzrə 2 000-dən çox filiala sahibdir.

Hughes demək olar ki, 11 il (1980-1991) öz müəssisəsində rəhbər vəzifəsinə sahib olmuşdur. Daha sonradan isə idarəetmə sədri olaraq qalır. Daha 11 ildən sonra isə Public Storage şirkətinin icraçı direktoru vəzifəsindən imtina edir və sadəcə sədr olaraq fəaliyyət göstərir.

Bradley Hughes-in sahibi olduğu şirkət sözügedən xidmətlərdən əlavə geniş çeşiddə məhsul təqdim edir. Bu təkliflərin ümumi siyahısına isə mindən çox məhsul və difər təkliflər daxildir. Public Storage şirkəti isə bu xidmətləri dünyanın 35 ölkəsində həyata keçirir.

Bradley dünyanın bir çox milyarderlərindən fərqli olaraq xəsis deyil və tez-tez xeyriyyə məqsədli ianələr edir, xərçəng xəstəliyi ilə bağlı araşdırma aparan şirkətləri maliyyələşdirir.

Bradley Hughes-in şəxsi həyatı da biznesi kimi kifayət qədər uğura sahibdir. Ailəli olub və 3 övlada sahibdir.

Milyarderin xobbisi atlardır. Bu heyvanlara qarşı olan sevgi milyarderi at biznesi ilə məşğul olmağa sövq edir. Amerikada saxlama kameraları xidməti göstərən şirkətin sahibi hazırda dəbdəbəli at ferması olan Spendthrift Farm-ın sahibidir.

Fermanın ümumi ərazisi 700 hektardır və burada yarış atları yetirişdirilir. Hughes-in fermasında yetişdirilən atlar beynəlxalq yarışlarda iştirak edir. Qeyd edək ki, ferma Kentukkidə yerləşir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər