8 C
Baku
Friday, March 29, 2024

Braziliya ailəsi öz arzusu sayəsində 13 milyard dollar qazandı

Bəzən xəyalpərəst alimlər gön dərili maqnatları öz kəşflərinin unikallığına inandıra bilir və həmin tədqiqatın həyata keçirilməsi üçün pul yatırmağa razı salmağa müvəffəq olurlar. İdeyanın uduzduğu və layihələrin batdığı hallar heç də nadir hadisə hesab olunmur. Amma bəzən elə olur ki, hər şey gözləniləndən də yaxşı alınır və ideya həmin bəxtəvər investora ağlasığmaz sərvət qazandırır. 

Bəzən, milyardlar gətirən investisiya qərarı bir yığın daş qalağı kimi görünə bilər.

1965-ci ildə ABŞ-ın hərbi dəniz donanmasının admiralı Artur Reford braziliyalı bankir və Vaşinqtonun keçmiş səfiri Uolter Moreyra Sallesi niobi hasilatı və istehsalı üzrə layihəyə dəstək olmağa inandıra bilir.

Həmin dövrdə bu nadir metal haqqında çox az şey bəlli idi. Amma alimlər iddia edirdi ki, hətta niobinin cüzi miqdarı belə poladın davamiyyətini və möhkəmliyini əhəmiyyətli dərəcədə artırır. Redford Braziliyada niobi hasilatı ilə məşğul olmağa hüquqi icazə almış Molycorp Inc. (MCP) dağ-mədən kompaniyasının idarə heyətinin üzvü idi, amma layihənin işə salınması üçün investorlara ehtiyac var idi.

Nəticədə Moreyra Salles majoritar səhmdar olmağa razılıq verir, sonradan bəlli olur ki, bu, onun həyatı boyu vermiş olduğu ən uğurlu biznes qərarı idi. Daha sonra o bütünlüklə Molycorp-u alır və onu Cia Brasileira de Metalurgia & Mineracao (CBMM) kompaniyasının bir hissəsinə çevirir. Bu gün, ağ-gümüşü rəngdə olan bu əlvan metalı dünya üzrə emal olunan poladın 10-da bir hissəsinə əlavə edirlər, həmin metaldan əsasən avtomobil, neft boruları və aviasiya mühərriklərinin hazırlanmasında istifadə edirlər.

Bazarda dominant mövqeyə sahib olmaq (CBMM dünya üzrə niobi istehsalının 85%-nə nəzarət edir) 2011-ci ildə vəfat etmiş maqnatın varislərini Braziliyanın ən zəngin ailəsinə çevirmişdir. Onun dörd oğlunun məcmu sərvətinin miqdarı (Fernando, Pedro, Juan və Uolter) Bloomberg Billionaires Index reytinqinə əsasən 27 milyard dollar təşkil edir.

Maliyyə hesabatlarına əsasən CBMM kompaniyasının illik mənfəəti 600 milyon dollar təşkil edir, kompaniyanın ümumi dəyəri 13 milyard dollardır. Belə deyirlər ki, qardaşların hər biri bərabər həcmdə paya sahibdirlər və şirkətin 70%-i onlara məxsusdur. 2001-ci ildə CBMM kompaniyasının 30%-i Asiyalı poladtökmə qrupuna satılıb, bu qrupa Çinin Baosteel Group Corp. və Yaponiyanın Nippon Steek & Sumitomo Metal Corp. kimi korporasiyaları daxildir. Moruyya ailəsi həmçinin Latın Amerikasının ən böyük bankı hesab edilən Itau Unibanco Holding SA bankının 51% səsvermə hüquq olan səhminə sahibdir, bununla da o bank üzərində nəzarət öz əlində saxlayır.

CBMM şirkətinin ödədiyi dividentlər öz səxavətliliyi ilə seçilir və adətən illik xalis gəlirin 50%-ni üstələyirlər. Bu ödənişləri, həmçinin Itau Unibanco-nun səhmlərinin bonus emissiyasını, vergiləri və bazar konyunkturasını nəzərə alsaq, Moreyra Salles ailəsi 11 milyard dollar həcmində investisiya portfelinə malikdir.

CBMM texnologiyaları -böyük bir sirdir, hətta asiyalı şəriklər belə bu sirdən xəbərsizdir. CBMM dağ mədən kompaniyası deyil, texnoloji kompaniyadır, -Bloomberg agentliyi CBMM-in direktoru Tadeo Karneyrodan sitat gətirir. – Metal nadir tapıntı deyil. Bazar isə nadir tapılandır”. Dəfələrlə filtr olunmalı və onlarla ton dağ filizinin içərisindən təmizlənərək çıxarılmalı olan niobi hasilatı – olduqca çətin kapital tutumlu bir prosesdir.

Baxmayaraq ki, elmə niobinin 300-ə yaxın təbii yatağı məlumdur, metalın sənaye məqsədi ilə hasilatı cəmi 4 şaxtada həyata keçirilir. San-Paulo şəhərində 500 km məsafədə yerləşən Araxa yatağında CBMM kompaniyası saatda 750 metrik ton filizi emal edir. Ümumilikdə isə 1 ton yüksək keyfiyyətli polad əldə etmək üçün 200 qram niobi tələb olunur. Bu qiymətli nadir metal CBMM kompaniyasına onun gəlirlərinin 90%-i qazandırır
Kompaniya həmçinin bazara konsentrasiya olunmuş ağ niobi tozu çıxarır, bu məhsul obyektivli fotoaparatların istehsalında istifadə olunur. Bu toz həmçinin yüksək keçiricilik qabiliyyəti olan maqnitlərin tərkibinə daxildir.

“Siz təsəvvür etmirsiniz ki, niobinin satışı nə qədər səylər tələb edir” Karneyro söyləyir. Onun sözlərinə əsasən, CBMM 20 il vaxt sərf edib ki, Çini (dünyanın ən böyük polad istehsalçısını) niobi almağa razı salsın. 2000-ci ildə nəhayət çinlilər razılaşdılar, indi onlar CBMM məhsullarının 25%-nin sifarişçisidir.

Uzunmüddətli fəaliyyət planı olan CBMM, səhmlərin bazarda yerləşdirilməsində maraq görmür (yəni İPO keçirmir), çünki belə olduğu halda kompaniya bəzən işdən ümumiyyətlə xəbərsiz olan investorların tələblərinə riayət etməli olacaq, Karneyro bildirir. Səhmlərin satışında imtinaın digər bir səbəbi isə – kifayət qədər pulun olmasıdır. 37%-lik xalis mənfəət rentabelliyi CBMM-i dünyanın ən gəlirli dağ mədən kompaniyalarından birinə çevirir. 2012-ci ildə niobi istehsalçılarının təmiz gəliri 3,8 milyard realı (($1,9 milyard dolları) üstələmişdir.

Son xəbərlər
Digər xəbərlər