15 C
Baku
Saturday, April 27, 2024

Braziliyanın bank sistemi haqqında qısa məlumat

Braziliya bank işinin strukturu və inkişafı hökumət tərəfindən idarə olunan təşkilatların təsiri altındadır. 1996-cı ildə Caixa Economica Federal və Banco do Brasil bütün kommersiya və əmanət banklarının təxminən 33% səhmlərini əldə etdilər. Qeyd edək ki, bu banklar praktik olaraq federal hökumət tərəfindən idarə olunur.

Hazırda Braziliyada 180-ə yaxın özəl kommersiya bankı fəaliyyət göstərir və onlardan 80-ninin depozitləri 100 milyard dolları geridə qoyur. Kommersiya banklarına əlavə olaraq bu ölkədə hökumətə məxsus 30 kommersiya inkişaf bankı və İctimai əmanət banklarını, 20 investisiya bankını və s. bir çox maliyyə təşkilatını göstərmək mümkündür.

Hökumət və regional inkişaf bankları: Bəzi Braziliya ştatları və əraziləri regional inkişaf bankları təşkil etmişlər. Bunda əsas məqsəd dövlət və region iqtisadiyyatına vacib olan müəyyən seqmentlərə kömək etməkdir.

Kommersiya bankları: Kommersiya bankları müəyyən əməliyyatları, topdan bank və valyuta müqavilələrini yerinə yetirmək səlahiyyətinə malikdir. Braziliya kommersiya bankları ən qədim və ən vacib maliyyə təşkilatları hesab olunur. Burada kommersiya banklarının lizinq fəaliyyəti göstərməsi qadağan olunub.

Banklara müddətsiz depozitlər üzəri ödənişlər aparmaq icazəsi verilmir.

İnvestisiya bankları: İnvestisiya bankları depozit tələbi qəbul etməməkdə kommersiya banklarından fərqlənirlər. Lakin bununla yanaşı onlar fond bazarında fəaliyyət göstərə bilər. Bu banklar 1965-ci ildə qəbul edilmiş qanun əsasında yaradılan özəl təşkilatlardır.

Əmanət bankları: Braziliyada bu adda bir çox təşkilatlar fəaliyyət göstərir. Bu sektorun əsas təşkilatları CaixaEconomicaFederal və NossaCaixaNossoBancodo Sao Paulo rəhbərliklərinə tabedirlər. Əmanət banklarına həmçinin Əmanət və Kredit bankları, Əmanət və kredit assosiasiyası da daxildir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər