15 C
Baku
Friday, March 29, 2024

Brent nefti $65-ə düşə bilər. OPEC hansı yolu seçəcək?

ABŞ OPEK-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. İki həftə sonra bir araya gələcək OPEK+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır.

Banker.az bildirir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov deyir.

Ekspert bildirir ki, hasilatın artırılmasını yalnız ABŞ deyil, həmçinin bir sıra digər ölkələr o cümlədən də Rusiya da bu məsələyə isti yanaşdığının görsənir: “Rusiya Prezidentinin neftin 1 barelinin qiymətinin $60 olmasının ölkəsi üçün məqbul olduğunu deməsi də bundan xəbər verir. Aydındır ki, Səudiyyə Ərəbistanı əksər və yəqin ki bütün hallarda Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılmas ilə bağlı istəyində sonadək dayanarsa o zaman OPEC dünya bazarına daha çox “qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə o zaman neftin qiymətində yüksəlişlər davam edəcək.”

“Bu isə o deməkdir ki, OPEC-in hal-hazırda 2 seçimi var: ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq hasilatın gündəlik 1 milyon barel artırmaqla bazara daha çox neft çıxarmaq və ya mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlamaq. Birinci halda, neftin dünya bazar qiymətində yenidən azalmalar qaçılmazdır. Bu halda Brent markalı neft $65-dək ucuzlaşa bilər. İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və Brent markalı nefti 1 bareli hətta $85-ə çata bilər. OPEC hansı yolu seçəcək? Bu həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq.” – deyə şərhini Vüqar Bayramov tamamlayır.

Son xəbərlər
Digər xəbərlər