15 C
Baku
Wednesday, April 24, 2024

Brexit: Böyük Britaniyada biznesin hazırki vəziyyəti

24 iyun tarixində Britaniyada keçirilən referendum gedişində ingilislərin əksəriyyəti (51,9%) ölkənin Avropa İttifaqından çıxmasına səs verdi. Referendumun belə nəticə ilə yekunlaşacağını çox az insan gözləyirdi. Birjalar və bazarlar bu hadisəyə həyəcan ilə cavab verdi. Böyük Britaniyanın milli valyutası funtun məzənnəsi endi. Referendumdan 5 gün əvvəl funt sterlinqin dollarla münasibətdə məzənnəsi 1,48 dollar təşkil edirdi. İndi isə 1 funt sterlinq təqribi olaraq 1,34 dollardır.

Britaniya mağazalarında bahalı məhsulların dəyəri əhəmiyyətli dərəcədə endi. Bu məhsullar sırasında dünyaca məşhur şirkətlərin dəbdəbəli məhsulları da var. Brexit-in daha çox hansı məhsullara təsir etdiyinə nəzər salaq.

Saatlar

Bloomberg agentliyinin verdiyi məlumata görə, hazırda məşhur fransız brendi olan Cartier-in Cle de Cartier Flying Tourbillon adlı premium saatlarını Böyük Britaniyada digər Avropa ölkələrində olduğundan 16 000 dollar daha ucuza almaq mümkündür. Bu saatların dəyəri 116 000 funtdur. ABŞ dolları ilə hesabladıqda isə onların dəyəri 155 382 dollar təşkil edir. Brexit-dən əvvəl isə bu dəbdəbə nümunəsinin qiyməti 171 332 dollar idi.

Avtomobillər

Milli valyutanın enməsi həmçinin Bentley brendinin də qiymətinə təsir edib. Mulsanne modelinin start qiyməti 229 360 funtdan başlayır. ABŞ dolları ilə bu 307 342 dollar edir. Keçən həftə ilə müqayisədə Bentley avtomobilinin dəyəri 32 110 dollar enib.

Telefonlar

Həmçinin Britaniyanın Vertu brendi ilə də qənaət etmək mümkündür. Red Gold Ultimate Black modelinin hazır ki qiyməti 23 000 funtdur. Bir həftə isə bu məhsulun dəyəri 33 701 dollar olduğu halda, hazırda 30 808 dollardır.

Geyim

Bahalı geyimlər isə orta hədlə 90 dollar ucuzlaşmışdır. Məsələn, Britaniya markası Paul Smith-in yeni kolleksiyasından olan geyimlərin dəyəri 150-250 funt təşkil edir. Digər bir Britaniya brendi olan Alexander McQueen-in yeni kolleksiyasının qiyməti 700-1500 funtdur. Bu markadan alınan məhsullarla 98-210 dollar qənaət etmək mümkündür. Jimmy Choo və Burberry kimi digər Britaniya markaları ilə də orta hədlə 200 dollar qənaət etmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər