12 C
Baku
Thursday, March 28, 2024

Brexitin baş verəcəyi dəqiq tarix elan edildi

Britaniya hökuməti ölkənin Avropa İttifaqı tərkibindən çıxması ilə bağlı tarixi qanunvericilik səviyyəsində təsdiq edəcək.

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Brexit məsələləri üzrə nazir David Davis-in sözlərinə görə, Böyük Britaniyanın Aİ tərkibindən çıxması 2019-cu ilin 29 mart tarixində, London vaxtı ilə 23:00-da (Mərkəzi Avropa vaxtı ilə 00:00) baş tutacaq.

Bu günə qədər olan məlumatlarda isə, rəsmi Londonun Aİ-nı Brexit işə salındıqdan tam olaraq 2 il sonra tərk edəcəyi bildirilirdi.

Qeyd edək ki, ölkənin Avropa İttifaqının tərkibindən çıxması ilə bağlı referendum bu ilin 23 iyun tarixində baş tutdu. Ölkə əhalisinin yarıdan çoxu Böyük Britaniyanın Aİ-ni tərk etməsinə səs verdi. Bunun ardınca ölkənin baş nazir Devid Kemeron öz vəzifəsini tərk etdi, onu isə Tereza Mey əvəzlədi.

 

Son xəbərlər
Digər xəbərlər