13 C
Baku
Friday, March 29, 2024

Britaniya bankı müştərilərinə pul payladı

Banker.az xəbər verir ki, 31 iyul tarixində özünün ilk bankomatının 50 illik yubileyini qeyd edən Britaniyanın NatWest bankı təsadüfi üsulla seçilmiş müştərilərinə 171 funt sterlinq bağışlayıb.

Bağışlanan bu məbləğ 1967-ci ildə bankomatın verdiyi 10 funt sterlinqə ekvivalent olaraq təyin edilib.

O dövrdə bankomatdan istifadə etmək üçün ölçü baxımından müasir bank kartı ilə eyni olan kart tələb olunurdu. Kartın üzərində perforasiya edilmişdi və bunun sayəsində müştərini təyin etmək mümkün olurdu. PİN-kod düzgün daxil edildiyi təqdirdə, bankomat 10 funt sterlinq verirdi. Hər istifadədən sonra kart maşın tərəfindən götürülür və poçt vasitəsilə müştəriyə qaytarılırdı.

Bankın ilk bankomatının quraşdırılmasından sonra 6 mindən çox müştəri kart əldə etmək üçün müraciət etmişdi. İlk həftənin sonunda bank artıq 40 ATM sifarişi almışdı, 1970-ci ilin mart ayında isə bank bütün ölkə boyu 220 bankomat quraşdırmışdı.

Qeyd edək ki, iyun ayının sonunda dünyanın ilk bankomatı da öz 50 illiyini qeyd etdi. Belə ki, ilk avtomatik kassa aparatı 27 iyun 1967-ci ildə Barclays bankının Londonun şimalında yerləşən Enfild filialında quraşdırılmışdı. Bunun şərəfinə bankomat qızılı rəngə boyadıldı, qarşısına qırmızı xalça sərildi və yanında yaddaş lövhəsi vuruldu.

Son xəbərlər
Digər xəbərlər