“British Council” əlilliyi olan şəxləri işə götürmək üçün müsabiqə elan edib

Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulu

British Council Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramına ərizələrin qəbulunu elan edir.

Bu proqram BP və onun tərəfdaşlarının sosial investisiya layihələri çərçivəsində həyata keçirilir və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə British Council tərəfindən icra olunur. Proqramın əsas məqsədi Bakı şəhərində yaşayan əlilliyi olan şəxslərin məşğulluq bacarıqlarını inkişaf etdirmək və onların iş perspektivlərini artırmaqdır. Bu məqsədə nail olmaq üçün layihənin iştirakçıları ingilis dili, kompüter və sosial bacarıqların inkişaf etdirilməsi üzrə təlimlərə cəlb ediləcəklər.

Layihədə iştirak etmək istəyən şəxslər seçim meyarları və tələb olunan şərtlərlə tanış olmaq üçün Proqram barədə elanı və Ərizə formasını British Council-ın vebsəhifəsindən: https://www.britishcouncil.az/events/pwd əldə edə bilərlər. Müraciət üçün doldurulmuş Ərizə forması 20 fevral 2018-ci il tarixindən gec olmayaraq nigar.nasrullayeva@britishcouncil.az elektron poçt ünvanına göndərilməlidir.

📝 RƏY BİLDİR