“Brussels Airlines” pilotlarının tətili baha başa gəldi

“Brussels Airlines” aviaşirkəti Moskvaya reysləri ləğv edib.

Buna maaşların və əmək şəraitinin artırılmasını tələb edən pilotların tətil etməsi səbəb olub.

Pilotların 14 və 16 may tarixlərində tətil elan etməsi aviaşirkətin təqribən 10 milyon avro ziyana düşməsinə gətirib çıxara bilər.

İkigünlük tətilin “Brussels Airlines”ın 557 reysinə və 60 min sərnişinə təsir edəcəyi gözlənilir.

Qeyd edək ki, 2018-ci ilin birinci rübündə aviaşirkətin maliyyə itkiləri artıq 26 milyon avroya çatıb.

📝 RƏY BİLDİR