16 C
Baku
Friday, April 19, 2024

Bu günə qədər bilmədiyiniz maraqlı faktlar (I hissə)

İlk dəfə 1860-cı ildə M. L. Bayron tərəfindən probka açan icad olunmuşdu.

Bütün dünyada 200-dən çox Barbie gəlinciyi istehsal olunur.

Layka əlcəkləri lamaların dərisindən hazırlanır.

Skripka, demək olar ki, ağacdan düzəlmiş 70 parçalardan ibarətdir.

Ağ şərabı üzümün qırmızı sortlarından almaq mümkün deyil.

Çıxarılmış almazların yalnız 20%-i kəsilir. Bu daşın bərkliyi sayəsində almazların əksəriyyəti müxtəlif alətlərin istehsalına gedir. Məsələn, stomatoloji borlar.

1951-ci ildə xanım Levanovski tərəfindən edilmiş əməliyyat ən uzun əməliyyat hesab edilir. O, 96 saat davam etmişdi.

Whiskey və whisky – eyni içkidir. Lakin birinci variant amerika və irland, ikinci variant isə kanada və şotland viskisinin yazılışında istifadə olunur.

B. e. ə. 2000-ci ildə yazılmış assuriya yazıları Nuhun gəmisində pivənin saxlandığını iddia edirlər.

Qədim misirlilər bir-birilərini «Çörək və pivə» ifadəsi ilə salamlayırdılar. Həmçinin onlar məhsuldarlıq və pivə ilahəsi İzisə itaət edirdilər.

Bugünkü günə qədər saxlanılmış ən qədim resept pivənin reseptidir.

Anatomik cəhətdən insan öz dirsəyini yalaya bilməz.

P.S. Yuxarıda yazılanı oxuyan hər kəs öz dirsəklərini yalamağı cəht etdilər.

İndiana ştatının universitet kitabxanasının binasının hündürlüyü hər il 1 düym azalır. Çünki tikinti zamanı mühəndislər kitabların ağırlığını və çəkisini nəzərə almamışdılar.

Repellentlər ağcaqanadları qorxutmurlar, onlar sizi gizlədirlər. Repellentlərin tərkibinə daxil olan maddələr ağcaqanadların reseptorlarını bağlayırlar. Bu reseptorlar vasitəsi ilə ağcaqanadlar öz qurbanlarını tapırlar.

Stomatoloqlar diş fırçasını unitazdan ən az 2 metr uzaq tutmağı məsləhət görürlər.

Heç bir kağız vərəqini yeddi dəfədən çox qatlamaq olmaz.

Hər il uzunqulaqlar daha çox insan öldürürlər. Bu göstərici avtomobil qəzaları zaman həlak olan insanların sayından çoxdur.

Yuxu zamanı siz daha çox kalori yandırırsız, nəinki televizora baxan zaman.

Ştrix kodlu ilk məhsul Wrigley`s saqqızları olub.

AmericanAirlines birinci klass sərnişinlərə təqdim olunan zeytunlardan 1 zeytunu çıxardaraq 40 000 dollar qənaət etmişdi.

Son xəbərlər
Digər xəbərlər